Son Xəbərlər
Azərbaycanda Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər
Bu ilin birinci rübündə Azərbaycanın Koreya Respublikası ilə ticarət
Həkimlər maraqlı araşdırma aparıblar. Onlar təkrar qızdırıldıqda insan
Türkiyəli aktyorlar Furkan Andıç, Buse Meral və Çağdaş Onur Öztürk Azərbaycana
Füzuli Dövlət Dram Teatrının quruluşçu rejissoru Nicat Mirzəzadə Azərbaycan
Ağdamda 12 yaşlı uşağı ilan sancıb. LiderXəbər-in Qarabağ bürosu xəbər verir
Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası
Mayın 10-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti
banner

“Neftçi” Azərbaycan Kubokunda yeni rekord vurub

27 apr 2023, 10:41
“Neftçi” Azərbaycan Kubokunda yeni rekord vurub

“Neftçi” Azərbaycan Kubokunda yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, Bakı klubu finala 11-ci dəfə yüksəlməklə buna nail olub.

“Ağ-qaralar” yarımfinalda “Turan Tovuz”u mübarizədən kənarlaşdırıb. İlk görüşdə 0:1 hesabı ilə uduzan “Neftçi” evdə 2 cavabsız qolla qalib gəlib.

Tarixində 11-ci dəfə həlledici matça vəsiqə qazanan paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçu olub. Bunadək “Neftçi” və “Qarabağ” hərəyə 10 dəfə final həyəcanı yaşayıb. 11-ci belə sınağa çıxacaq “ağ-qaralar” 6, Ağdam klubu 7 dəfə kubokun sahibi olub.

Qeyd edək ki, 1994/1995, 1995/1996, 1998/1999, 2003/2004, 2012/2013, 2013/2014 mövsümlərində kuboku başı üzərinə qaldıran bakılılar dörd dəfə (2000/2001, 2011/2012, 2014/2015, 2015/2016) finalda uduzub.