Liderxeber.az / “Neftçi” Azərbaycan Kubokunda yeni rekord vurub

“Neftçi” Azərbaycan Kubokunda yeni rekord vurub

“Neftçi” Azərbaycan Kubokunda yeni rekord vurub

“Neftçi” Azərbaycan Kubokunda yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, Bakı klubu finala 11-ci dəfə yüksəlməklə buna nail olub.

“Ağ-qaralar” yarımfinalda “Turan Tovuz”u mübarizədən kənarlaşdırıb. İlk görüşdə 0:1 hesabı ilə uduzan “Neftçi” evdə 2 cavabsız qolla qalib gəlib.

Tarixində 11-ci dəfə həlledici matça vəsiqə qazanan paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçu olub. Bunadək “Neftçi” və “Qarabağ” hərəyə 10 dəfə final həyəcanı yaşayıb. 11-ci belə sınağa çıxacaq “ağ-qaralar” 6, Ağdam klubu 7 dəfə kubokun sahibi olub.

Qeyd edək ki, 1994/1995, 1995/1996, 1998/1999, 2003/2004, 2012/2013, 2013/2014 mövsümlərində kuboku başı üzərinə qaldıran bakılılar dörd dəfə (2000/2001, 2011/2012, 2014/2015, 2015/2016) finalda uduzub.

27-04-2023, 10:41
Geriyə