Son Xəbərlər
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.

Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı

05 iyn 2026, 10:02
Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını həyata keçirmək məqsədilə “Qazaxıstan Respublikasının Prezidenti haqqında” Qanunu imzalayıb.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumat Tokayevin teleqram kanalında paylaşılıb. 

Müvafiq qanun ölkə prezidentinin hüquqi statusunu, səlahiyyətlərini, fəaliyyətinin təmin edilməsi qaydasını müəyyən edir.

Burada əsas yenilik ölkədə vitse-prezident institutunun təsis edilməsi olub. Tokayevin tapşırığı ilə vitse-prezident dövlət orqanları ilə qarşılıqlı fəaliyyətdə onun maraqlarını təmsil edəcək və dövlət başçısı tərəfindən müəyyən edilmiş funksiyaları yerinə yetirəcək. 

Bundan əlavə, Qazaxıstan lideri parlamentin təşkilini və fəaliyyətini, qanunvericilik prosesini və onun səlahiyyətlərinin həyata keçirilməsinin digər formalarını müəyyən edən “Qazaxıstan Respublikasının Qurultayı və onun deputatlarının statusu haqqında” konstitusiya qanununu imzalayıb.

Qeyd edək ki, martın 15-də Qazaxıstanda yeni Konstitusiya qəbul edilib. Sözügedən yeni Konstitusiya isə iyulun 1-dən rəsmən qüvvəyə minəcək.