Son Xəbərlər
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə

Sabahın hava proqnozu

26 dek 2023, 12:31
Sabahın hava proqnozu

Dekabrın 27-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.