Son Xəbərlər
Fransanın dənizaşırı ərazilərinin unikal ekosistemləri onun siyasəti
Bakı Təşəbbüs Qrupu (BTQ) "Oğurlanmış firavanlıq: Müstəmləkəçilik
Azərbaycan Mərkəzi Bankı (AMB) səhmlərinin 75 %-i dövlətə məxsus olan
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM)
Nazirlər Kabineti 13 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş
Bakıda tarixi abidəyə müdaxilə olunub. Liderxeber.az xəbər verir ki, bu barədə
Azərbaycanın sədrliyi humanitar minatəmizləməni Asiyada Qarşılıqlı Fəaliyyət
Avropa İttifaqının İran və Rusiyaya qarşı sanksiyaları Ermənistan
Sumqayıt Tibb Mərkəzi (STM) 2024-cü ildə şəhər əhalisinə göstərilən
2025-ci ildə Buxarestdə Azərbaycan və Rumıniya arasında ticarət-iqtisadi
banner

Sumqayıt Tibb Mərkəzi 2024-cü ilin statistik məlumatlarını açıqlayıb

23 yan 2025, 13:51
Sumqayıt Tibb Mərkəzi 2024-cü ilin statistik məlumatlarını açıqlayıb

Sumqayıt Tibb Mərkəzi (STM) 2024-cü ildə şəhər əhalisinə göstərilən xidmətlərin statistikasını açıqlayıb.

STM-nin tabeliyində olan tibb müəssisələrinə 2024-cü ildə əhali tərəfindən 1 milyon 488 min 991 müraciət qeydə alınıb.

Xidmətlərə gəldikdə isə əhaliyə 5 milyon 358 min 68 tibbi xidmət göstərilib.

2023-cü il ilə müqayisədə ötən il göstərilən xidmət sayı 18 faizə yaxın artıb. Belə ki, 2023-cü ildə xidmət sayı 4 milyon 532 min 985 təşkil edib.

Tabeli tibb müəssisələrində icra olunan əməliyyat saylarında da artım müşahidə olunub. Belə ki, ötən il 25 min 84 cərrahi əməliyyat və prosedur həyata keçirilib ki, bu da 2023-cü il ilə müqayisədə 8 faiz çoxdur. 2023-cü ildə isə cərrahi əməliyyat və prosedur sayı 23 min 192 təşkil edib.

Qeyd edək ki, tibb müəssisəsinə müraciət edən hər bir ölkə vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.