Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın növbəti tarixi zəfəridir!

28 avq 2023, 19:36
“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın növbəti tarixi zəfəridir!

44 günlük Vətən Müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətimizə son qoydu. Bu tarixi Zəfər eyni zamanda Ölkəmizin gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Müharibədən qısa müddət sonra ermənilər tərəfindən dəhşətli vandalizmə, vəhşiliyə məruz qalmış əzəli və əbədi torpaqlarında sürətli bərpa-quruculuq prosesinə start verildi.


“Böyük Qayıdış” konsepsiyası qəbul edilərək bu istiqamətdə bütün zəruri sosial-infrastruktur sahələrinin yaradılmasına başlanıldı. Bu məqsədlə 30 ilə yaxın müddətdə tənəzzülə uğramış, yalnız mənfur, çirkin niyyətlər üçün istifadə edilmiş, talanmış, ərazilərimizdə yeni yollar, kommunikasiya xəttləri çəkilməyə başlanmış, ağıllı kənd və şəhərlər layihələri icra edilmiş məktəblər, xəstəxanalar tikilmiş, elektrik stansiyaları qurulmuşdur. Qeyd edək ki, bu proses bu gün davamlı şəkildə icra edilir, sözün əsl mənasında azad yurdlarımız tikinti meydanına çevrilib. Bir sözlə, regionun tez bir zamanda dirçəlməsi və inkişafı üçün dövlətimiz tərəfindən lazımi işlər görülür. Ən əsası isə görülən işlər, bərpa-quruculuq prosesi xarici qrant və yardımlar hesabına deyil, yalnız daxili imkanlar hesabına həyata keçirilir. 2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və Vətən Müharibəsində əldə olunmuş tarixi Zəfərin təcəssümü kimi dəyərləndirilən “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın müharibədən sonra əldə etdiyi ən böyük uğurlardan hesab edilir. Azərbaycan-Ermənistan sərhədində Ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin yaradılması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində beynəlxalq prinsiplərə tam uyğun şəkildə atılmış legitim əsaslı addımdır.


Belə ki, Laçın Azərbaycanın hüquqi ərazisi olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da Ölkəmizin daxili işidir. Sərhəd təhlükəsizliyimizin təmin olunması Ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev avqust ayının 26-da “Laçın Şəhəri Günü” bayram tədbirindəki çıxışında bu hadisəni xüsusi qeyd etdi: “23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”. “Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlayır, ölkə ərazisinə qanunsuz malların daşınmasının qarşısını alır və alacaqdır. Beynəlxalq Ədalət Məhkəməsi 6 iyul tarixli qərarı ilə “Laçın” sərhəd-buraxılış məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə rədd etməklə bir daha Ölkəmizin haqq yolunda olduğunu nümayiş etdirdi. Bəli, bu gün biz müstəqil Respublikamızın hər bir uğuruna sevinir, hər an onun bütövlüyü uğrunda canımızdan belə keçməyə hazır olduğumuzu bildiririk!.


Bəxtiyar Məhərrəmov;
Neftçala rayon gənci, Vətən Müharibəsi iştirakçısı