Son Xəbərlər
Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir.
"İran Silahlı Qüvvələri İsrailin mümkün reaksiyasına tam hazırdır".
Avropa İttifaqı (Aİ) Şurası Rusiya əleyhinə yeni sanksiyaları təsdiq edib.
Milli Məclis məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə
Sumqayıt Tibb Mərkəzinin (STM), Sumqayıt Şəhər İcra Hakimiyyətinin
Azərbaycan ilə Rusiya arasında nəzərdə tutulan layihələr daimi diqqət və
Ali Məhkəməyə yeni hakimlər təyin edilib. Liderxeber.az xəbər verir ki,
Xaçmaz rayonunun Niyazabad kəndində Xəzər dənizinin sahilində 200 kiloqramdan
Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında “Türktransplantın təsis
banner

“Dərəlyəzə, Paşalıya qayıtmaq arzusuyla Her-herlilərlə bir gün” adlı tədbir keçirilib

15 iyn 2024, 19:39
“Dərəlyəzə, Paşalıya qayıtmaq arzusuyla Her-herlilərlə bir gün” adlı tədbir keçirilib

Tərtər Rayon İcra hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə rayonun Səhlabad kəndində “Dərəlyəzə, Paşalıya qayıtmaq arzusuyla Her-herlilərlə bir gün” adlı tədbir keçirilib.

Liderxeber.az xəbər verir ki, tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəis vəzifəsini icra edən Pərviz Hüseynov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Paşalı rayonu üzrə icma sədri Faiq Xudayev, Qərbi Azərbaycan İcmasının nümayəndələri və rayonda məskunlaşmış Qərbi azərbaycanlılar iştirak ediblər.

Tədbir iştirakçıları öncə kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidələrin önünə gül-çiçək dəstələri düzərək xatirələrini yad ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səslənib, sonra Ulu Öndərin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi hissəsinə başlamazdan əvvəl Qərbi Azərbaycan icmasının əməkdaşı, yazıçı-jurnalist Miraslan Bəkirlinin hazırladığı videoçarx nümayiş etdirilib.

Sonra Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qərbi Azərbaycan İcmasından gələn qonaqları salamlayaraq, əvvəlcə onları 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib. Sonra o, tarixən dədə-baba torpaqlarımız olan Qərbi Azərbaycan torpaqlarından danışaraq, bildirib ki, Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir. Rayon rəhbəri respublika prezidenti cənab İlham Əliyevin bu sözlərini xatırladıb: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır... şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan əra¬zisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarət¬dir ki, dünya ictimaiyyəti də bunu bil¬sin.”

Xalqımız əsrlər boyu tarixi torpaqların¬da yaşamaq, öz hüquqlarını qorumaq üçün böyük fədakarlıq göstərsə də, müxtəlif döv¬rlərdə amansız sınaqlara, yurd itkisinə mə¬ruz qalmışdır. XX əsrin sonu – XXI əsrin əvvəllərində qonşuluğa və bəşəri normalara zidd olaraq Ermənistan düşmən qüvvələrin himayəsi altında Azərbaycan torpaqlarının 20 faizini ələ keçirmiş və 30 il işğal altında saxlamışdır. 

Əzəli türk yurdu sayılan Qərbi Azər¬baycanda azərbaycanlılar 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə tarixi torpaqlarından deportasiya olunmuşlar. 1988-ci ildə keçmiş ŞSRİ-nin süqutu ərəfə¬sində erməni millətçi separatizmi yaranmış dağıdıcı proseslərdən istifadə edərək, bey¬nəlxalq hüquq, norma və prinsiplərə zidd olaraq uzun müddətdən bəri planlaşdırdıqları məkrli siyasəti gerçəkləşdirməyə başlamışlar. İlk növbədə, soydaşlarımızın 250 min nəfər¬lik son nəsilləri də ağlasığmaz işgəncələrlə Qərbi Azərbaycandan qovuldu və soyqırımı¬na məruz qalmışdır. Bundan sonra Qarabağ işğal edilmiş və 750 min insan öz vətənində məcburi köçkünə çevrimişdir.

Rayon rəhbəri Qərbi Azərbaycana Qayıdış komsepsiyası haqqında da danışmış, fikrini ölkə rəhbərinin sözləri ilə tamamlamışdır: “…qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, inşəllah.” 

Sonra Dərələyəz bölgəsinin Paşalı rayonu üzrə icma sədri Faiq Xudayev, Qərbi Azərbaycan icmasının əməkdaşı, yazıçı-jurnalist Miraslan Bəkirli, Dərələyəz bölgəsinin Keşişkənd icmasının sədr müavini Məhəmməd Nəcəfli, Dərələyəz “ qəzetinin redaktoru Raqub Kamal, “Dərələyəz” qəzetinin əməkdaşı Mehdi Mehdiyev, Dərələyəz bölgəsinin Paşalı rayonu, İstisu icmasının sədri, folklorşünas alim Alı Alıyev, Tərtər rayon Böyük Vətən Müharibəsi (1941-1945) cəmiyyətinin sədri İman Almuradov, “Azərbaycan Bayrağı” ordenli şəhid Mehrac Mahmudovun bacısı Validə xanım Mahmudova və Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun qardaşı Aydın Orucov, 1988-ci ildə öz dədə-baba torpağından didərgin düşmüş Dərələyəz qaçqını Həqiqət Bəylərova, Dərələyəz bölgəsinin Paşalı rayonu, Her-her icmasının sədri Afaq Sadıqova, Qarabağ Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusibov və digərləri çıxış ediblər.

Çıxış edənlər zaman-zaman xalqımıza qarşı edilən tarixi xəyanət¬lər haqqında danışaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu sözlərini xatırladıblar: “Bizim tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətraf bölgələrlə məhdud¬laşmır. O qədər də uzaq olmayan tarixə, XIX əsrin statistikasına baxsaq görərik ki, azər¬baycanlıların yaşadıqları ərazi çox böyük ol¬muşdur. İndiki Ermənistan, əslində, Azərbay¬canın tarixi torpağıdır. Ona görə, gələcəkdə biz bütün tarixi torpaqlara qayıdacağıq. Bunu gənclər də, uşaqlar da bilsinlər. Biz bu amalla yaşamalıyıq, yaşayırıq, yaşayacağıq”. 

Tədbirdə məktəblilər Dərələyəz əsilli, xalq şairi Vahid Əzizin “Dərələyəz” poemasından parçalar söyləyiblər. Həmçinin iştirakçılara Dərəlyəz folklorundan bayatılar, Dərəlyəz yallisı, Dərəlyəzdən, Her-herdən gətirilən əşyaların sərgisi, Qərbi Azərbaycan, Dərəlyəz və Her-Her mətbəxi təqdim olunub.

Sonda rayon rəhbəri Dərələyəzdən olan ağsaqqallarla birlikdə tort kəsib.