Son Xəbərlər
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az

“Mastercard” Bakıda müştərilər üçün ikinci Texniki Konfrans keçirir

22 yan 2025, 17:56
“Mastercard” Bakıda müştərilər üçün ikinci Texniki Konfrans keçirir

17 yanvar 2025-ci il tarixində “Mastercard” “Yelo Bank”ın dəstəyi ilə Bakıda müştərilər üçün uğurla ikinci Texniki Konfrans keçirib.

Tədbirdə, ödənişlər sənayesinin gələcəyini müəyyən edən son tendensiyalar, texnoloji nailiyyətlər və innovasiyaları müzakirə etmək məqsədilə Azərbaycanın aparıcı banklarının 70-dən çox nümayəndəsi toplaşmışdır.

“Yelo Bank”ın əsas ofisində baş tutmuş konfrans, biznes, məhsul və texniki həllər sahəsində peşəkarlar üçün fikirlər mübadiləsi və sürətlə inkişaf edən maliyyə ekosistemində yaranan problemlərin həlli üçün bir platforma oldu. 2025-ci ilin ikinci rübü üzrə relizlərin anonsları, kiber təhlükəsizliyin artırılmasında süni zəkanın transformasiya rolu, habelə “Mastercard”ın kripto valyuta aləmində nailiyyətlərinin ətraflı icmalı müzakirənin əsas mövzuları idi. İştirakçılar həmçinin müştəri dəstəyi və məhsulların son inkişafı üzrə dəyərli məlumat əldə etdilər.
Konfrans, “Mastercard”ın bir daha əməkdaşlığın inkişafına, bilik mübadiləsinə və Azərbaycanın maliyyə sektorunun artırılmasına sadiqliyini vurğuladı. Öz tərəfdaşlarına ən müasir alətlər və təcrübəni təqdim edərək, “Mastercard” ödənişlərin rəqəmsal transformasiyasının dəstəyi üzrə öz missiyasını təsdiqləyir və tərəfdaşlara dinamik inkişaf edən bazarda rəqib üstünlüyünü qoruyub sağlamaqda kömək edir.

Mastercard haqqında
Mastercard iqtisadiyyatı dəstəkləyir və insanların bütün dünyada 200-dən çox ölkə və ərazilərində imkanlarını genişləndirir. Müştərilərimizlə birlikdə biz, hər bir kəsin inkişaf edə biləcəyi davamlı iqtisadiyyat qururuq. Biz, geniş çeşiddə rəqəmsal ödənişləri dəstəkləyirik, əməliyyatları təhlükəsiz, sadə, intellektual və əlçatan edirik. Bizim texnologiyalarımız və innovasiyalarımız, tərəfdaşlıq münasibətləri və şəbəkələri, insanlara, müəssisələrə və hökumətlərə özlərinin ən böyük potensialını həyata keçirməyə kömək edən unikal məhsullar və xidmətlər təqdim edir.