Son Xəbərlər
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 MVt gücündə “Xızı-Abşeron”
"Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən
Meksika Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün
Minifutbol üzrə Azərbaycan millisinin iki üzvü Avropada 2024-cü ilin rəmzi
2024-cü ildə İpoteka və Kredit Zəmanət Fondu (Fond) vasitəsi ilə 275 sayda
Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə DİN-in
Belarus Azərbaycana yeni səfir təyin edib. Bu barədə Liderxeber.az “Belta”ya
Azərbaycanda son dövrlər xəstələnən insanlar gec sağalmalarından, xəstəliyin
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində meşə yanğınlarının vurduğu
banner

Los-Ancelesdə davam edən yanğında Azərbaycan vətəndaşları xəsarət almayıb - RƏSMİ

14 yan 2025, 08:24
Los-Ancelesdə davam edən yanğında Azərbaycan vətəndaşları xəsarət almayıb - RƏSMİ

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində meşə yanğınları davam edir. Yanğınlar artıq şəhər tarixində ən dağıdıcı təbii fəlakətə çevrilib.

Yanğının təsiri altında olan bölgələrdə humanitar vəziyyət hər keçən gün daha da pisləşir və şəhərdə yaşayan azərbaycanlıların taleyi isə xüsusi narahatlıq doğurur.

Los-Anceles şəhərində yaşayan həmyerlimiz, MMA döyüşçüsü Mirəli Hüseynov Liderxeber.az bildirib ki, telefon vasitəsilə yaratdıqları qrupda mütəmadi olaraq həmvətənlərimiz bir-biri ilə əlaqədədir və yanğınlardan heç bir azərbaycanlı təsirlənməyib:

“Kaliforniya ştatında azərbaycanlılar əsasən San-Xosedə məskunlaşıblar. Los-Anceles şəhərində azərbaycanlıların kompakt yaşadığı ərazilər yoxdur. Onlar demək olar ki, şəhərin bütün istiqamətlərində yaşayırlar. Mənim dostlarım şəhərin hər tərəfində məskunlaşıb. Onlarla daim əlaqədəyəm. Bu vaxta qədər köməyə ehtiyacı olan və ya yanğından təsirlənən heç bir vətəndaşımız olmayıb”.

Bu arada yanğınla bağlı həmvətənlərimizə dəstək göstərmək məqsədilə Azərbaycanın Los-Anceles şəhərindəki Baş konsulluğu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu barədə “Report”un ABŞ bürosuna danışan Baş konsul Vüqar Qurbanov qeyd edib ki, həmvətənlərimizin konsulluqla əlaqə qurması üçün diplomatik nümayəndəlikdə qaynar xətt (+1 310 923 4540) yaradılıb.

Konsul əlavə edib ki, hələlik konsulluğa Azərbaycan vətəndaşlarının xəsarət alması barədə heç bir məlumat daxil olmayıb. V. Qurbanov onu da vurğulayıb ki, ABŞ tərəfi genişmiqyaslı beynəlxalq dəstək üçün ölkələrə müraciət etməyib. Kanada və Meksikadan yanğınların söndürülməsi üçün kömək göndərildiyi məlumdur.