Son Xəbərlər
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının
Moskvaya son 2 ilin ən böyük dron hücumu olub. Liderxeber.az xəbər verir ki,
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verib.
Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində qızı Zəhra
“İran memorandum üzrə sözlərinə yox, əməllərinə görə qiymətləndiriləcək”.
Dünya çempionatının qrup mərhələsinin ilk turunda bu gecə maraqlı qarşılaşma
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki

Türkiyə və Aİ 6 il ərzində ilk dəfə yüksək səviyyəli iclas keçirəcək

14 yan 2025, 18:00
Türkiyə və Aİ 6 il ərzində ilk dəfə yüksək səviyyəli iclas keçirəcək

Türkiyə və Avropa İttifaqı (Aİ) 6 il ərzində ilk dəfə iqtisadi dialoq üzrə yüksək səviyyəli iclas keçirməyi planlaşdırır.

Liderxeber.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının genişlənmə məsələləri üzrə üzvü Marta Kos Brüsseldə Avropa Parlamentinin Xarici İşlər Komitəsində çıxışı zamanı bildirib.

O, keçən il Aİ-nin Ankara ilə dialoqun aktivləşdirilməsi barədə qərar qəbul etdiyini xatırladıb.

"Bu ilin mart-aprel aylarında Türkiyə ilə iqtisadiyyat üzrə yüksək səviyyəli iclas keçirməyi planlaşdırırıq", - Avropa komissarı bildirib.

M.Kos həmçinin vurğulayıb ki, Avropa İttifaqı Türkiyənin suriyalı qaçqınlara yardım göstərilməsi istiqamətində səylərini yüksək qiymətləndirir.

Agentlik qeyd edir ki, sonuncu dəfə belə görüş 2019-cu il fevralın 28-də İstanbulda keçirilib. Bu görüşdə tərəflər ticarət, investisiya, energetika və nəqliyyat da daxil olmaqla iqtisadi əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə ediblər.