Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Azərbaycanda BOEM layihələrinə dövlət payının maliyyələşdirilməsi üçün ayrılan vəsait açıqlanıb

14 yan 2025, 17:53
Azərbaycanda BOEM layihələrinə dövlət payının maliyyələşdirilməsi üçün ayrılan vəsait açıqlanıb

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının (GES) ötürücü şəbəkəyə qoşulması üçün 2022-2023-cü illərdə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 56,8 milyon manat məbləğində vəsait ödənilib.

Bu barədə Liderxeber.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 2021-ci il iyunun 3-də Energetika Nazirliyi ilə BP şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə “Şəfəq” GES-in inşası üzrə Azərbaycan tərəfinin payı 102 milyon manat təşkil edir. Həmin vəsaitin bugünədək 47 milyon manat hissəsi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi” işləri üçün bugünədək dövlət büdcəsindən 43,05 milyon manat ayrılıb.

Energetika Nazirliyi ilə “Masdar” şirkəti arasında 2022-ci il iyunun 4-də imzalanmış müqaviləyə əsasən 1 QVt gücündə tikiləcək külək və günəş elektrik stansiyalarının elektrikötürücü şəbəkəyə inteqrasiyası tədbirləri üzrə 2025-ci ilin dövlət büdcəsindən 50 milyon manat məbləğində vəsaitin “Azərenerji” ASC-yə ayrılması nəzərdə tutulur.