Son Xəbərlər
“İrandan sonra Kuba ilə məşğul olacağıq”. Liderxeber.az xəbər verir ki, bunu
Ötən gecə Ağdaşda baş vermiş qəzada xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK klubuna
Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə

Canımızdan çıxmayan xəstəlik: nece sağalacaq?

14 yan 2025, 13:57
Canımızdan çıxmayan xəstəlik: nece sağalacaq?

Azərbaycanda son dövrlər xəstələnən insanlar gec sağalmalarından, xəstəliyin orqanizmi gec tərk etməsindən şikayətlənirlər.

Bəs bunun səbəbi nədir? Biz nəyə yoluxmuşuq? Bu xəstəlik niyə canımızdan çıxmır? Tez sağalmağın klişe yox, effektiv üsulları var?

Həkim-infeksionist Nilufər Məmmədova mövzu ilə bağlı danışıb.

O bildirib ki, müşahidə edilən bu vəziyyətin bir neçə mühüm səbəbi var:

"İlk növbədə virus və bakteriyaların sürətlə mutasiyaya uğraması onların daha davamlı və aqressiv olmasına səbəb olub. Xüsusilə respirator infeksiyalar, o cümlədən qrip virusları yeni ştamlarla yayılaraq daha uzun müddət bədəndə qalır və müalicəni çətinləşdirir. Stres, qeyri-sağlam qidalanma, yuxu rejiminin pozulması və fiziki hərəkətsizlik də insanların immun sisteminin xəstəliklərlə mübarizə qabiliyyətini zəiflədir.

İstər COVID-19, istərsə də digər infeksiyalara yoluxmuş şəxslərdə immun sisteminin zəifləməsi, yorğunluq, tənəffüs problemləri kimi uzunmüddətli fəsadlar müşahidə oluna bilər. Şəxs təkrar digər xəstəliklərə yoluxduqda bu da həmin xəstəliklərin daha ağır keçməsinə və gec sağalmasına səbəb olur. Hazırda ölkəmizdə kimin hansı infeksiyaya yoluxduğunu kütləvi olaraq müəyyən edə bilmirik. Ona görə də əksər hallarda simptomatik müalicə və lazım gəldikdə genişspektrli antibiotik istifadə etməklə kifayətlənməli oluruq. Önəmli olan bu xəstəliklərin ağırlaşmalarından insanları qoruya bilməkdir".

İnfeksionist xəstəlikdən tez sağalmaq üçün bu tövsiyələri edib:

"Vətəndaşlar vitamin, minerallarla zəngin meyvə və tərəvəzlərin, zülal və təbii yağların qəbulunu artırmalıdılar. Orqanizmdə hər hansısa xroniki proses və ya vitamin-mineral defisiti varsa, həkim məsləhəti ilə bərpa etməlidirlər. Bunu diqqətdə saxlamaq lazımdır ki, gündəlik yüngül idman hərəkətləri və gəzintilər qan dövranını yaxşılaşdırır, immun sisteminin xəstəliklərlə mübarizəsini təbii yolla gücləndirir.

Gecə ən azı yeddi-səkkiz saat dərin və rahat yuxu bədənin bərpası üçün zəruridir. Gündəlik kifayət qədər su içmək bədənin toksinlərdən təmizlənməsinə və bərpasına kömək edir".

N.Məmmədova əlavə edib ki, insanlar özbaşına dərman qəbulundan çəkinməli və simptomlar üzə çıxan zaman mütləq həkimə müraciət etməlidirlər:

"Hər hansısa bir infeksion xəstəliyə tutulduqda orqanizm tam bərpa olana qədər ağır işlər görməməli, ardıcıl xəstəliklərə yoluxmamaq üçün isə insanların sıx olduğu yerdə maskadan istifadə etməlidirlər".