Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

“ASAN xidmət” Dünya İqtisadi Forumunun hesabatında diqqət mərkəzində

13 yan 2025, 16:21
“ASAN xidmət” Dünya İqtisadi Forumunun hesabatında diqqət mərkəzində

​2025-ci ilin yanvar ayında Dünya İqtisadi Forumunun “Hökumət Texnologiyalarının Qlobal İctimai Təsiri: 9.8 Trilyon dollarlıq bir fürsət” adlı hesabatı dərc olunub. Müvafiq hesabatda dövlət sektorunda şəffaflığın, səmərəliliyin və hesabatlılığın artırılması sahəsində hökumət texnologiyaları (GovTech), süni intellekt, data analitika və innovativ platformaların rolu müzakirə olunur. Bu xüsusda hesabatda Azərbaycan Respublikası daxil olmaqla 7 ölkənin təcrübəsinə yer verilir (Bəhreyn Krallığı, Braziliya Federativ Respublikası, Almaniya Federativ Respublikası, Malayziya, Ruanda Respublikası və Ukrayna).

​Sözügedən hesabatda “ASAN xidmət” modeli, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən tətbiq olunan innovativ həllər barədə məlumat dərc olunub.

 Həmçinin “ASAN müraciət” informasiya sisteminin vətəndaş müraciətlərinin cavablandırılması və həllində, habelə müasir texnologiyalar vasitəsilə şəffaflığın təşviq edilməsində mühüm rol oynadığı qeyd edilir. Bundan əlavə “ASAN Viza” sistemi vasitəsilə qısa müddət ərzində Azərbaycana viza əldə etməyin mümkünlüyü barədə məlumat verilir.

 ​Azərbaycanın startap və innovasiya ekosisteminin inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsində “INNOLAND” İnkubasiya və Akselerasiya mərkəzinin fəaliyyətinə də yer verilir.