Son Xəbərlər
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 MVt gücündə “Xızı-Abşeron”
"Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən
Meksika Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün
Minifutbol üzrə Azərbaycan millisinin iki üzvü Avropada 2024-cü ilin rəmzi
2024-cü ildə İpoteka və Kredit Zəmanət Fondu (Fond) vasitəsi ilə 275 sayda
Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə DİN-in
Belarus Azərbaycana yeni səfir təyin edib. Bu barədə Liderxeber.az “Belta”ya
Azərbaycanda son dövrlər xəstələnən insanlar gec sağalmalarından, xəstəliyin
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində meşə yanğınlarının vurduğu
banner

Qəzza razılaşmasının təfərrüatları məlum olub

14 yan 2025, 08:57
Qəzza razılaşmasının təfərrüatları məlum olub

İsrail və Fələstinin radikal “HƏMAS” hərəkatı Qəzzada atəşkəs razılaşması əldə etməyə yaxındırlar və bu, ilkin olaraq anklavda radikallar tərəfindən saxlanılan 33 girovun azad edilməsini nəzərdə tutur.

Liderxeber.az xəbər verir ki, bu açıqlama ilə “Haaretz” qəzeti çıxış edib.

Vurğulanıb ki, ilk mərhələdə radikallar qadınları, uşaqları, 55 yaşdan yuxarı kişiləri və xəstələri azad edəcəklər. Müzakirə olunan sxemə əsasən, atəşkəsdən 16 gün sonra sövdələşmənin ikinci mərhələsi ilə bağlı müzakirələr başlayacaq və bu mərhələ çərçivəsində oğurlanan İsrail vətəndaşlarının digər hissəsi azad ediləcək.
Razılaşmanın birinci mərhələsi çərçivəsində İsrailin neçə fələstinli məhbusu azad edəcəyi barədə hələlik məlumat yoxdur. Bu barədə ətraflı məlumat yayan “Kan” radiosu isə bildirib ki, İsrail tərəfi bu müddət ərzində 1300-ə yaxın məhbusu həbsxanalardan azad etməyə hazırdır. “The Jerusalem Post”un məlumatına görə, sövdələşmənin birinci mərhələsi 42 gün davam edəcək və azad edilən fələstinli məhbusların sayı neçə israilli girovun sağ olmasından asılı olaraq dəyişəcək.
“Ynet” portalı mənbəyə istinadən xəbər verir ki, İsrail Qəzza razılaşması çərçivəsində 2024-cü ilin oktyabrında Fələstin anklavında öldürülən “HƏMAS” lideri Yəhya Sinvarın cəsədini geri qaytarmayacaq.
Yanvarın 11-də İsrailin baş naziri Benyamin Netanyahu danışıqlarçılara Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı məsləhətləşmələri davam etdirmək üçün Dohaya getməyi tapşırıb. Yanvarın 12-də ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CNN telekanalının efirində bildirib ki, tərəflər Yaxın Şərqdə atəşkəs razılaşmasına çox yaxındırlar. Eyni zamanda o, bunun Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən əvvəl baş verə biləcəyini etiraf edib