Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

“Astarada gənc turizmçilərin inkişaf proqramı” layihəsinin ilk günü uğurla yekunlaşıb

17 sen 2024, 17:49
“Astarada gənc turizmçilərin inkişaf proqramı” layihəsinin ilk günü uğurla yekunlaşıb

Gənclər Fondunun maliyyə dəstəyi, “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin, Dövlət Turizm Agentliyinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin tərəfdaşlığı ilə İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsi çərçivəsində “Astarada Gənc Turizmçilərin İnkişaf Proqramı” layihəsi üçün gənclərə turizmin mövcud vəziyyəti, perspektivləri və bələdçiliklə bağlı təlim proqramının ilk günü uğurla yekunlaşıb. 

Liderxeber.az xəbər verir ki, təlim proqramı Lənkəran Regional Turizm İdarəsinin təlim üzrə əməkdaşı böyük məsləhətçi Yunus Nəcəfov tərəfindən həyata keçirilib.

Bildiyiniz kimi cənub bölgəsi turizm zonası hesab olunur. Hər il yüzlərlə yerli və xarici turist rayonu gəzmək üçün gəlir. Layihənin əsas məqsədi cənub bölgəsində yaşayan gənc nəslin daha da maariflənməsi və bələdçiliklə bağlı biliklərə yiyələnməsidir.