Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Müdafiə naziri yeni nəzarətə götürülən yüksəkliklərlə bağlı tapşırıqlar verdi

01 apr 2023, 12:23
Müdafiə naziri yeni nəzarətə götürülən yüksəkliklərlə bağlı tapşırıqlar verdi

Xəbər verdiyimiz kimi, aprelin 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

LiderXəbər məlumatına görə, Azərbaycan-Ermənistan şərti dövlət sərhədində və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraitini təhlil edən müdafiə naziri ehtimal olunan təxribatların qarşısının bundan sonra da qətiyyətlə alınması barədə müvafiq göstərişlər verib.

Müdafiə naziri qeyd edib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silahlı birləşmələrinin bütün qanunsuz fəaliyyətləri bundan sonra da fasiləsiz nəzarətdə saxlanılmalı və Azərbaycan ərazilərində gələcəkdə bu kimi addımların atılmasına imkan verilməməlidir.

General-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə, həmçinin yeni nəzarətə götürülən yüksəklik və mövqelərimizdə mühəndis təminatı tədbirlərinin daha keyfiyyətli yerinə yetirilməsi barədə konkret tapşırıqlar verib.