Son Xəbərlər
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər

Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin təfərrüatı

20 iyn 2026, 11:07
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin təfərrüatı

Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Liderxeber.az-ın məlumatına görə, hadisə iyunun 19-da saat 9 radələrində rayonun Qımır kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 58 yaşlı Kamran Məhərrəmov kəsici alətlə qətlə yetirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, Qımır kənd sakini, 1968-ci il təvəllüdlü Ələsgər Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.

Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, Ə.Əhmədov bir müddət əvvəl həyat yoldaşından boşansa da, onunla eyni kənddə yaşayıb. Məlumata görə, o, keçmiş həyat yoldaşından həmkəndlisi Kamran Məhərrəmovla münasibətindən şübhələndiyi üçün ayrılıb. Ələsgər bir neçə dəfə Kamranla bu barədə mübahisə də edib. İyunun 19-da səhər saatlarında Ələsgər Kamranla yenidən mübahisə edib. Mübahisə nəticəsində o, Kamranı bıçaqlayıb. K.Məhərrəmov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.