
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan verən ideal səhər yeməyini açıqlayıb.
Onun sözlərinə görə, bunun üçün istənilən formada - qaynadılmış, qızardılmış və ya omlet şəklində iki yumurta yemək kifayət edir.
Liderxeber.az-ın xəbərinə görə, mütəxəssis öz tövsiyələrini məşhur ABŞ yazıçısı və ev işləri üzrə ekspert Marta Styuartın saytında paylaşıb.
Daniel Hendriks bildirib ki, iki yumurtanın tərkibində təxminən 13 qram yüksəkkeyfiyyətli protein mövcuddur. Dietoloqun fikrincə, məhz bu miqdar uzun müddət toxluq hissini qorumağa kömək edir. Bundan əlavə, səhər yeməyində protein qəbul etmək əzələ kütləsini qoruyur ki, bu da arıqlama zamanı xüsusilə vacibdir.
Daniel Hendriks, həmçinin qeyd edib ki, yumurtanın tərkibində olan zülallar və faydalı yağlar qanda şəkər səviyyəsinin stabilləşdirilməsinə kömək edir. Bu, növbəti qida qəbuluna qədər toxluq hissini uzadan daha bir amildir.
Beləliklə də, diyetoloqun fikrincə, iki yumurtadan ibarət sadə səhər yeməyi yalnız doyumlu deyil, həm də çəkiyə nəzarət və ümumi rifah üçün faydalıdır.