
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar aparmaq məqsədilə İsveçrəyə səfər etməyi planlaşdırır.
Liderxeber.az xəbər verir ki, bu barədə özəl mənbələrinə istinadən "Axios" nəşrinin jurnalisti Barak Ravid sosial şəbəkə hesabında məlumat yayıb.
Bununla belə, Ravidi məlumatlandıran mənbənin sözlərinə görə, nazirin planlarında dəyişiklik istisna olunmur.
"Axios" vurğulayır ki, Əraqçı ABŞ-lə danışıqlara başlamazdan öncə Livan ərazisində İsrail və "Hizbullah" arasında hərbi əməliyyatların tam dayandırılmasını görmək istədiyini bəyan etmişdi.
Qeyd edək ki, daha əvvəl Ravid ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun İsveçrəyə yollandığını, sahibkar Cared Kuşnerin isə artıq sözügedən Avropa ölkəsində olduğunu yazmışdı.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İran nümayəndə heyəti ilə danışıqlara qatılmaq üçün İsveçrəyə yollanır.
Liderxeber.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Axios" portalının əməkdaşı Barak Ravid sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ lideri Donald Trampın kürəkəni, sahibkar Cared Kuşner isə artıq İsveçrədədir.
"Amerikalı rəsminin mənə bildirdiyinə görə, Ağ Evin xüsusi nümayəndəsi Stiven Uitkoff İsveçrəyə gedir və orada nüvə proqramı üzrə mümkün razılaşmaya dair İranla danışıqların ilk raundunun baş tutacağı gözlənilir. Mənə verilən məlumata görə, Cared Kuşner artıq İsveçrədədir", - deyə Ravid bildirib.
Qeyd edək ki, İran və ABŞ nümayəndə heyətləri arasında görüşün iyunun 19-da Bürgenştoqda keçirilməsi gözlənilirdi. İlkin olaraq mübahisəli məsələlərin gələcək tənzimlənməsinə dair memorandumun məhz orada imzalanması, eləcə də Amerika heyətinə vitse-prezident Cey Di Vensin, İran tərəfinə isə parlamentin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etməsi nəzərdə tutulurdu. Sonradan tərəflər iyunun 18-də memorandumu onlayn şəkildə imzaladıqlarını və sənədin ertəsi gün İsveçrədə kağız üzərində rəsmiləşdiriləcəyini bəyan etdilər. Daha sonra kağız formatında imzadan imtina olunduğu və iyunun 19-da nümayəndə heyətlərinin İsveçrədə birbaşa əsas danışıqlara başlayacağı barədə məlumat yayıldı. Lakin son nəticədə həmin görüş də ləğv edildi.
Bildirilir ki, Birləşmiş Ştatlar və İran əsas mübahisəli mövzular, o cümlədən Tehranın nüvə proqramı problemi üzrə danışıqlara başlamağa hazırlaşır.