Son Xəbərlər
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə

İrandan razılaşmalara dair - Xəbərdarlıq

20 iyn 2026, 09:26
İrandan razılaşmalara dair - Xəbərdarlıq

İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı Möhsün Rzayi müharibənin başa çatdırılması ilə bağlı mümkün razılaşmalara dair sərt xəbərdarlıq edib.

Liderxeber.az-ın məlumatına görə, Rzayi dövlət televiziyasına açıqlamasında bildirib ki, müharibəni bitirəcək heç bir razılaşmada Hörmüz boğazı üzərində İranın təsir imkanları və ölkənin regiondakı mövqeyi zəiflədilməməlidir.

Onun sözlərinə görə, müharibə elə başa çatmalıdır ki, İranın çəkindirici hərbi gücü qarşıdakı 50 il ərzində də qorunsun.

Rzayi bunun İranın regional təsirini və Hörmüz boğazı üzərindəki nəzarətini məhdudlaşdıracaq istənilən razılaşmaya qarşı yüksəkrütbəli hərbi dairələrin mövqeyini əks etdirdiyini vurğulayıb.

Möhsün Rzayi həmçinin ABŞ-ni müharibədə “məğlub cinayətkar” adlandıraraq, istənilən səhv addımın daha sərt cavabla qarşılanacağını bildirib.

“Silahlı qüvvələrimiz düşmənin hər hansı səhvinə qat-qat sərt cavab verir”, – deyə o əlavə edib.