Son Xəbərlər
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər
Paytaxtın Xəzər rayonunda açıq ərazidə yanğın baş verib. Liderxeber.az xəbər
İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i
İyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda

Komitə sədri Lerikdə din xadimləri ilə görüşüb

19 iyn 2026, 17:51
Komitə sədri Lerikdə din xadimləri ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər Cümə məscidini ziyarət edib.

Liderxeber.az xəbər verir ki, komitə sədri məsciddə fəaliyyət göstərən dini icmanın üzvləri ilə görüşüb. Söhbət zamanı dini qurumların yerli ictimai mühitdəki rolu, din xadimlərinin cəmiyyətdə sağlam mənəvi atmosferin formalaşdırılmasına dəstəyi və bu sahədəki fəaliyyətin müasir dövrün çağırışları fonunda əhəmiyyəti müzakirə olunub.

Ramin Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə dini etiqad azadlığının təmin olunması, icmaların fəaliyyətinin dəstəklənməsi və konfessiyalararası həmrəyliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Vurğulanıb ki, dini qurumlar cəmiyyətin mənəvi həyatının ayrılmaz hissəsi olmaqla yanaşı, insanları ortaq dəyərlər ətrafında birləşdirən və ictimai həmrəyliyin möhkəmlənməsinə töhfə verən mühüm təsisatlardır.

Görüşdə, həmçinin dini sahədəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təklif və müraciətlər dinlənilib.