Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

ABŞ və Qətər İranın dondurulmuş aktivlərindən istifadəsini müzakirə edir

20 iyn 2026, 14:06
ABŞ və Qətər İranın dondurulmuş aktivlərindən istifadəsini müzakirə edir

ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş aktivlərinin bir hissəsindən istifadə mexanizmi üzərində işləyir.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı "The Wall Street Journal" (WSJ) nəşri mənbələrinə əsaslanaraq yayıb.

Məlumata əsasən, ilk mərhələdə rəsmi Tehranın Qətər banklarındakı 6 milyard dollarlıq aktivinə çıxışı təmin oluna bilər. Gözlənilir ki, İran Mərkəzi Bankının müraciəti ilə Doha həmin məbləğin tibbi ləvazimatlar, qida və digər sosial təyinatlı məhsulların alınmasına yönəldilməsinə razılıq verəcək.

Bildirilir ki, qlobal miqyasda İran dövlətinin təqribən 100 milyard dollarlıq vəsaitinə həbs qoyulub. Sözügedən məbləğ sanksiya tətbiqləri nəticəsində, əsasən, Çin, Qətər, İraq və Hindistan banklarında bloklanan enerji satışından əldə edilmiş gəlirlərdən ibarətdir.

Nəşr bildirir ki, bu cür sistemin qurulması ilə rəsmi Vaşinqton İranın maliyyə xərclərinə nəzarəti həyata keçirməyi hədəfləyir. "The Wall Street Journal" əlavə edir ki, Birləşmiş Ştatlar və Qətərin birgə formalaşdırdığı bu təşəbbüsə Tehran tərəfindən hələlik rəsmi təsdiq verilməyib.