Son Xəbərlər
“Tehran İsveçrədə keçirilən müzakirələr zamanı, Qətər və Pakistanın
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydalarına dair
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri

DİM buraxılış imtahanında sualın yanlış olması ilə bağlı fikirlərə münasibət bildirib

13 mar 2023, 12:26
DİM buraxılış imtahanında sualın yanlış olması ilə bağlı fikirlərə münasibət bildirib

Ötən gün XI siniflər üçün keçirilən buraxılış imtahanından sonra sosial şəbəkədə riyaziyyat fənnindən paralelepipedlə bağlı sualın yanlış olduğu ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 12 mart 2023-cü il tarixində tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında riyaziyyat fənnindən qeyd edilən test tapşırığı ilə bağlı müraciət müvafiq fənnin ekspertləri tərəfindən araşdırılıb:

“Bununla əlaqədar olaraq bildiririk ki, şagirdlərə təqdim olunan yazılı cavab tələb edən açıq tipli bu tapşırıq qüvvədə olan təhsil proqramı və dərsliklərdə yer alan və tapşırıqda yoxlanılması nəzərdə tutulan biliklər əsasında elmi-metodiki qaydalara uyğun şəkildə hazırlanan meyarlar əsasında qiymətləndirilə biləcək bir tapşırıqdır. İmtahan iştirakçıları meyarlarla nəticələr elan olunanda tanış ola biləcəklər”.