Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Qidadan zəhərlənsək, nə edək?

11 iyn 2025, 12:30
Qidadan zəhərlənsək, nə edək?

Adətən yay mövsümünün açılması ilə gündəmə gələn hadisələr arasında qida zəhərlənmələri də var.

Liderxeber.az buna misal olaraq iki gün əvvəl Naxçıvanda baş verən kütləvi zəhərlənmə halını bir daha xatırladır.

MR-in Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumata görə, doqquzu azyaşlı olmaqla 17 nəfər yedikləri dönərdən kütləvi zəhərlənmişdi.

Ötən gün isə Saatlı rayon sakini 2005-ci il təvəllüdlü Dərya Namiz qızı Ağayeva Bakıda ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə çatdırılsa da, gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

İlkin iddialarda qızın yediyi qarpızdan sonra özünü narahat hiss etdiyi deyilsə də, daha sonra AQTA-dan verilən açıqlamada onun ölümünün sözügedən giləmeyvə ilə bir bağı olmadığı qeyd edilib:

“Belə ki, araşdırmalar nəticəsində qida zəhərlənməsi (qarpız) diaqnozu təsdiqini tapmayıb”.

Bu məqamda neçə gündür aktual olan qida zəhərlənmələri hallarında bilməli olduğunuz bəzi nüansları təqdim edirik:

Qida zəhərlənməsi yeyilən qidanın tərkibindəki bəzi zərərli maddələr (toksinlər) olması nəticəsində ortaya çıxır.

Əlavə olaraq, bu hal qidanın metal və bəzi kimyəvi maddələrlə təmas etməsi, bəzən isə məhsulların özünün zəhərli olması fonunda ortaya meydana gəlir.

Belə vəziyyətdə, ürəkbulanma, başgicəllənmə, ishal kimi simptomlar özünü büruzə verə bilər.

Yaxşı olar ki, zəhərlənmə şübhəsi yaranan an həkimə üz tutasınız.

İlkin müdaxilə kimi, otaq temperaturunda çoxlu maye qəbul edərək qusmaq vəziyyəti nisbətən yaxşılaşdıra bilər.

Belə olan halda, toksinlərin bədənə sürətlə yayılmasının qarşısı da alınar.

Bu kimi hallarda xüsusilə qatıq mədə-bağırsaq sistemində əmələ gələn toksinlərin parçalanmasına təsir edə bilər.

Həzm sistemində problem olan şəxslər isə xüsusən isti yay aylarında yeyib-içdiklərinə diqqət etməlidirlər.

Onu da deyək ki, qidanın qəbulundan sonra zəhərlənmə əlamətlərinin meydana çıxması arasındakı müddət 1 saatdan 6 saata qədər, eləcə də 2-3 gün arasında dəyişə bilir.