Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Laçında 32 ildən sonra ilk dəfə “Bilik Günü” qeyd olunacaq

07 sen 2023, 17:04
Laçında 32 ildən sonra ilk dəfə “Bilik Günü” qeyd olunacaq

Laçında 32 ildən sonra ilk dəfə “Bilik Günü” qeyd olunacaq.

LiderXəbər xəbər verir ki, sentyabrın 15-də Laçın rayon 2 nömrəli tam orta məktəbdə ilk zəng çalınacaq.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, müəllimlər, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak edəcək.

510 şagird yerlik Laçın rayon 2 nömrəli tam orta məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var.

Daha sonra isə Laçın rayonu Zabux kənd tam orta məktəbində ilk dərs günü münasibətilə tədbir olacaq.

Bundan əlavə, sentyabrın 14-də Şuşa 1 nömrəli məktəblə tanışlıq olacaq.

Qeyd edək ki, Laçında sonuncu dəfə 1991-ci ilin sentyabrında 1991-1992-ci dərs ilinin başlaması münasibətilə “Bilik Günü” keçirilib.