Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

"Bakı Marafonu-2023" ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

05 may 2023, 09:39
"Bakı Marafonu-2023" ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

“Sürücülərin və hərəkət iştirakçıların diqqətinə çatdırmaq istəyirik ki, “Bakı Marafonu 2023”lə əlaqədar mayın 7-də səhər saat 8:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyini təmin olunması ilə əlaqədar yollarda hərəkət tam məhdudlaşdırılacaq”

Bunu Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

“Bayraq Meydanından, Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov - A.Cəlilov küçələrinin kəsişməsindən Cavanşir körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, “Bakı Kristal Zalı” yanından Bayraq Meydanına finiş nəzərdə tutulub”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında “Bakı Marafonu – 2023”nin keçirilməsi nəzərdə tutulub.