Son Xəbərlər
Brüssel və Pekin yaxın zamanda Çin elektromobillərinin Avropaya idxalı üzrə
Bu gündən bayram günləri və şənbə-bazar günləri nəzərə alınmaqla payız
Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi Türkiyənin aparıcı
Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin
Alimlər xərçəng əleyhinə preparatları damcı sistemlərindən tabletlərə çevirmək
"Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyətinin ("Bakı Sığorta"
Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də
Azərbaycanın ədliyyə naziri Fərid Turab oğlu Əhmədova III dərəcəli dövlət
COP29 Sədrliyi bəyanat yayıb. Liderxeber.az xəbər verir ki, bəyanatda deyilir:
Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən
banner

Sialə Rüstəmova: İnstitut baytarlığın problemlərinin həllinə dair elmi-tədqiqat işləri aparır

31 yan 2024, 07:26
Sialə Rüstəmova: İnstitut baytarlığın problemlərinin həllinə dair elmi-tədqiqat işləri aparır

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 123 illik tarixi olan Baytarlıq Elmi-Tədqiqat İnstitutu  ölkəmizdə baytarlığın aktual problemlərinin həllinə yönəldilmiş elmi-tədqiqat işləri aparır.

Ümumiyyətlə institut hansı istiqamətdə fəaliyyət göstərir? Bununla bağlı Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova LiderXəbər-ə müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik:   

Hazırda Baytarlıq Elmi-Tədqiqat İnstitutunda hansı işlər görülür?

 - İnstitutda ölkəmizdə baytarlığın aktual problemlərinin həllinə yönəldilmiş elmi-tədqiqat işləri aparır. Onların nəticələrinin təcrübədə tətbiqini təmin edir, kənd təsərrüfatı, ev və vəhşi heyvanların, quşların, balıq və arıların infeksion, invazion və yoluxmayan xəstəliklərinin etiologiyasını öyrənir, xəstəliklərə qarşı elmi cəhətdən əsaslandırılmış yeni innovativ baytarlıq-sanitariya, müalicə-profilaktika  tədbirləri işləyib hazırlayır və fermerlərə təqdim edir. 

İnstitutda hansı şöbələr, həmçinin institutun tabeliyində hansı qurumlar fəaliyyət göstərir?

- İnstitutun 2019–cu ildən maddi texniki bazası gücləndirilərək, onun əsasında 2-ci səviyəli biotəhlükəsizlik laboratoriyası yaradılıb və tərkibində baytarlıq preparatlarının istehsalının təşkili və tədbiqi, yoluxmayan xəstəliklər və baytarlıq-sanitariyası, Baytarlıq klinikası və heyvanlarının infeksion xəstəlikləri, Virusologiya və immunologiya, Balıq və arı xəstəlikləri, Parazitologiya, Quş xəstəlikləri şöbələri yaradılıb. İnstitutun tabeliyində fəaliyyət göstərən qurumlar gəldikdə bunlar 3-cü Biotəhlükəsizlik Səviyyəli Mərkəzi Referens Laboratoriyası, Qusar Eksperimental Dayaq Məntəqəsi, Abşeron Eksperimental Dayaq Məntəqəsi və Masallı Eksperimental Dayaq Məntəqəsidir.

Elmi-tədqiqat mövzuların icrasında neçə nəfər iştirak edir?

- Çox yaxşı mövzuya toxunduz. Çünki həmin mövzuların icrasında zəhmət çəkənlərin əziyyəti danılmazdır. Bаytаrlıq  Еlmi-Tədqiqаt İnstitutunda aparılan elmi-tədqiqat mövzuların icrasında 2 еlmlər dоktоru 26 baytarlıq və biologiya üzrə fəlsəfə doktorları 51 еlmi işçi – veterinar, biоlоqlаr iştirаk еdirlər. Həmin mövzularla sizi tanış etmək istəyirəm:

1. Antibiotik təsirli bitkilərin quş xəstəliklərinə qarşı səmərəli müalicə-profilaktika tədbirlərinin işlənib hazırlanması və tətbiqi;

2. Yeni doğulmuş buzovlarda Rotovirus, Koronovirus infeksiyalarına və eşerixioza qarşı mübarizədə "İY texnologiyaları"-nın tətbiqi;

3. Quba-Xaçmaz və Mərkəzi -Aran iqtisadi rayonlarında balıqçılıq təsərrüfatlarında süni yetişdirilən (nərə, qızılbalıqkimilər) balıqların parazitar xəstəliklərinin öyrənilməsi və onlara qarşı  baytarlıq sanitariya  tədbirlərinin işlənib hazırlanması;

4. Şəki-Zaqatala, Lənkəran-Astara iqtisadi rayonlarında müxtəlif cinsli bal arılarının  parazitar xəstəliklərinin öyrənilməsi, onlara qarşı baytarlıq, bitki mənşəli preparatların sınaqdan keçirilməsi və tətbiqi;

5. Abşeron-Xızı, Dağlıq -Şirvan,  Şərqi-Zəngəzur iqtisadı rayonlarının heyvandarlıq, quşçuluq təsərrüfatlarında gəmiricilərin yayılmasının tədqiqi, onlara qarşı mübarizə tədbirlərinin hazırlanması və tətbiqi;

İnstitut bu günədək hansı nailiyyətlər əldə edib?

 - Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Neft Kimya Prosesləri İnstitutu ilə birgə sintez olunan 4-izopropilaminometilfenol yüksək bakterisid və dezinfeksiyaedici preparat kimi, elmdə bir yenilik olaraq preparata Avrasiya patenti alınıb (№ 038625, 24 sentyabr 2021-ci il); 

 - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi  Baytarlıq Elmi-Tədqiqat İnstitutu ISO 9001 sertifikatına layiq görülüb;

 - BETİ-nin 2-ci səviyəli biotəhlükəsizlik laboratoriyasında baytarlıq preparatlarının və diaqnostikumlarının istehsalı və s.

Bildiyimiz kimi, 28.12.2021 tarixdə Bakıda Cənubi Qafqazın ən böyük və ən müasir Baytarlıq Klinikası açılıb. Klinikada hansı işlər görülür?

- Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdindəki Baytarlıq Klinikası müasir standartlara uyğun inşa olunub. Bir faktı qeyd edim ki, Baytarlıq Elmi-Tədqiqat İnsitutu və Baytarlıq Klinikasında bu günədək 3000+ müayinələr aparılıb. İnstitutun ərazisində yerləşən və 1000 kvadratmetr ərazini əhatə edən klinikada ev heyvanları ilə yanaşı, kənd təsərrüfatı heyvanlarının da müayinə-müalicəsi aparılır. Cənubi Qafqazda ilk dəfədir ki, belə böyük ərazisi olan, müasir avadanlıqlarla təchiz edilən Baytarlıq Klinikası istifadəyə verilib. Klinikada özəl baytar, feldşer, laborantlardan ibarət 20-yə yaxın əməkdaş çalışır. Burda qəbul, karantin, stasionar, terapiya, toksikologiya, dermotologiya, oftalmologiya, cərrahiyyə, USM, rentgen, biokimya laboratoriyası, eləcə də ilkin baytarlıq yardımı avtomobili vasitəsilə xidmətlər göstərilir.

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun beynəlxalq əməkdaşlığı hansı səviyyədədir?

- BETİ-nin beynəlxalq əməkdaşlığı çox yüksək səviyyədədir. Belə ki, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi, Beynəlxalq Heyvandarlıq Araşdırma və Təhsil Mərkəzi, Türkiyə-Qafqaz Universiteti, Rusiya-Piter-I” adına Voronej Aqrar Universiteti, Kazaxıstan-N.E.Bauman adına Dövlət Baytarlıq Akademiyası, Rusiyanın elmi istehsalat birliyi “Ekolab” MMC, Kazaxıstan-Shakarium Universiteti, Ukrayna-Sumı Milli Aqrar Universiteti və Dağıstan-M.M.Djambulatov adına Dövlət Aqrar Universiteti ilə əməkdaşlığımız mövcuddur. 2023-ci il ərzində institutun əməkdaşları tərəfindən 13 impakt faktorlu məqalələr dərc olunub. 4 kitab, 2 tövsiyə, 15 buklet hazırlanıb və 44  məqalə dərc edilib. Son 5 ildə BETİ-də 2 nəfər elmlər doktoru, 8 nəfər fəlsəfə doktoru müdafiə edib.