Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

De Byazi biabırçı məğlubiyyət haqda - "Əla oyun göstərdik"

28 mar 2023, 08:45
De Byazi biabırçı məğlubiyyət haqda - "Əla oyun göstərdik"

“İlk hissədə topla daha çox oynayırdıq. Onları çətinə salmışdıq. Rəqib reytinqdə bizdən 100 pillə irəlidədir".

LiderXəbər xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni de Byazi Avro-2024-ün seçmə mərhələsinin ikinci turunda səfərdə İsveçə uduzudları oyundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis komandasının 0:5 hesablı məğlubiyyətinə baxmayaraq, əla oyun sərgilədiklərini bildirib: "İkinci qoladək oyunda qaldıq. Fikirləşirəm ki, əla oyun göstərdik. Topa daha çox nəzarət etdik. İkinci qoldan sonra onların hər imkanı qol olurdu. Bizim də imkanlarımız oldu. Hətta heç-heçə edə bilərdik. Təbii ki, fiziki cəhətdən onlar bizdən güclüdürlər. 70-75 dəqiqə oyunda qala bilirik. Ondan sonra çox çətin olur bizə".

De Byazi komandasının tez ruhdan düşdüyünü də qeyd edib: "Ən əsası 2:0-dan sonra ruhdan düşməməliyik. İnanmalıyıq ki, nəticəni xeyrimizə dəyişmək olar. Əminəm ki, bundan daha yaxşısını edə bilərik. İnkişaf etmək üçün bu oyundan dərs çıxartmalıyıq.

Oyunun son dəqiqələrində 2002 və 2003-cü il təvəllüdlü uşaqlara şans verdim. Başa düşürəm, nəticə bizim üçün acınacaqlıdır, amma onlara deyəcək sözüm yoxdur”.