Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

Rafiq Abbasov məhkəmələrə qayıdır - Bu dəfə vəkil kimi

23 may 2025, 10:52
Rafiq Abbasov məhkəmələrə qayıdır - Bu dəfə vəkil kimi

5 ay əvvəl təqaüdə göndərilən tanınmış hakim Rafiq Abbasov yenidən məhkəmə salonlarına qayıdır.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin sabiq hakimi Vəkillər Kollegiyasına üzv qəbul olunub. R.Abbasov and içərək rəsmi olaraq vəkil fəaliyyətinə başlayıb.

Uzun illər məhkəmə sistemində çalışan eks-hakim hüquqşünas olmaqla yanaşı, həm də ali təhsilli jurnalistdir. O, əvvəllər “Kirpi” satirik jurnalı və digər mətbuat orqanlarında fəaliyyət göstərib.

Hakimlik fəaliyyəti dövründə bir sıra rezonans doğuran cinayət işlərinə baxması ilə yadda qalan Rafiq Abbasov MTN generalları Mövlam Şixəliyev və Nizami Şirinov, 143 milyon manatlıq yeyinti işi üzrə mühakimə olunan general Nizami Məmmədov və digər zabitlərin cinayət işini araşdırıb.

O, həmçinin azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryana hökm çıxaran hakimlərdən biri kimi də yadda qalıb.