Son Xəbərlər
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata

İlham Əliyev bir sıra qanunlara dəyişikliyi təsdiqlədi

25 iyn 2025, 14:00
İlham Əliyev bir sıra qanunlara dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişikliyi təsdiqləyib.

Liderxeber.az xəbər verir ki, Cinayət-Prosessual Məcəlləsində edilən dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində həmin orqanın hərbi qulluqçuları tərəfindən törədilmiş Cinayət Məcəlləsinin 329.1, 330.1, 332.1, 332.1-1, 333.1–333.3, 350.1, 350.1-1 və 351.1-ci maddələri ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılır.

İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları tərəfindən törədilmiş bu Məcəllənin 610–618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatı başlayan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi bu barədə dərhal ərazi üzrə müvafiq hərbi prokurora yazılı məlumat verir.

Dövlət başçısı sözügedən sənədlə bağlı Fərman da imzalayıb.