Son Xəbərlər
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və
Çin Sədri Si Cinpin Şimali Koreyaya dövlət səfəri edib. Liderxeber.az xəbər
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri

Paşinyan cinayət məsuliyyətinə cəlb edilə bilər

03 may 2024, 15:43
Paşinyan cinayət məsuliyyətinə cəlb edilə bilər

Ermənistanın Baş Prokurorluğu ölkənin Baş naziri Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə Milli Təhlükəsizlik Xidmətinə təqdimat göndərib.

LiderXəbər xəbər verir ki,  bu barədə məlumatı Ermənistanın baş prokuroru Anna Vardapetyan açıqlayıb.

Onun sözlərinə görə, təqdimat sənədlərin yoxlanılması üçün Milli Təhlükəsizlik Xidmətinə göndərilib. Sözügedən sənədlər arasında bir neçə əmlak arayışı da var. O bildirib ki, yoxlanışlardan sonra cinayət işinin başladılması məsələsi müzakirə ediləcək.

Qeyd olunur ki, bundan əvvəl vəkil Ara Zohrabyan və ehtiyatda olan polkovnik Ayk Naapetyan Ermənistan Baş Prokurorluğuna müraciət edərək Nikol Paşinyanın cinayət məsuliyyətə cəlb olunmasını tələb ediblər. Bildirilir ki, bu, delimitasiya prosesinin başlaması ilə əlaqədardır.