Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Üzümçülük və Şərabçılıq İnstitutunun əməkdaşı atletika yarışında birinci olub

31 mar 2024, 09:00
Üzümçülük və Şərabçılıq İnstitutunun əməkdaşı atletika yarışında birinci olub

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Məcnunlu Ümidə Xosrov qızı Martın 30-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında atletika yarışında iştirak edib.

LiderXəbər xəbər verir ki, respublika Olimpiya Mərkəzində təşkil olunan yarışın yekun nəticələrinə görə qadınlar arasında uzunluğa tullanmada Ümidə Məcmunlu birinci olub. Gənclər və İdman Nazirliyinin əməkdaşları Aysu Kərimzadə və Fəzilə Ağayeva isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər. Kişilər arasında Yevgeniy Kasilov (Fövqəladə Hallar Nazirliyi), Ümmət Cəfərov və Elvin Əlixanov (hər ikisi Ədliyyə Nazirliyi) ilk üçlükdə qərarlaşıblar.

Qadınlar arasında 60 metr məsafəyə qaçışda İlahə Çələbiyeva (GİN) birinci yerə layiq görülüb. Ümidə Məcmunlu (Kənd Təsərrüfatı Nazirliyi) ikinci, Ləman Niyazlı isə (SOCAR) üçüncü pillədə qərarlaşıblar. Kişilər arasında Elvin Əlixanov (Ədliyyə Nazirliyi), Yevgeniy Kasilov (Fövqəladə Hallar Nazirliyi), Ümmət Cəfərov (Ədliyyə Nazirliyi) fərqləniblər.

Qadınlar arasında 400 metr məsafəyə qaçışda İlahə Çələbiyeva, Fəzilə Ağayeva, Aysu Kərimzadə (hər üçü GİN) ilk üçlükdə qərarlaşıblar.

Kişilər arasında 800 metr məsafəyə qaçışda Dövlət Gömrük Komitəsinin əməkdaşı Samir Hüseynov birinci olub. Cəlal Süleymanov və Əli Hacıyev (hər ikisi FHN) yarışı ikinci və üçüncü pillədə başa vurublar.

Sonda keçirilən 4x200 estafet yarışında Gənclər və İdman Nazirliyi birinci, SOCAR ikinci yerə layiq görülüblər.