Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

“AzerGold” QSC-nin yeni istiqrazlarının ilk faiz ödənişi olub

02 may 2024, 14:48
“AzerGold” QSC-nin yeni istiqrazlarının ilk faiz ödənişi olub

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni istiqrazlarının ilk rüblük faiz ödənişi həyata keçirilib. Ümumilikdə 300 min ABŞ dolları həcmində vəsait istiqraz sahibləri arasında bölüşdürülüb.

Qeyd edək ki, ölkəmizin qiymətli kağızlar bazarının inkişafına, vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanı yaratmağa xidmət edən “AzerGold” istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, tədavül müddəti 3 il, ümumi dəyəri 20,000,000 (iyirmi milyon) ABŞ dollarıdır. Yeni istiqrazlar illik 6% kupon dərəcəsi ilə emissiya edilib.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən istiqrazlar ilk dəfə 2020-ci ildə Bakı Fond Birjasında hərrac üsulu ilə kütləvi ticarətə buraxılıb. “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayter qismində çıxış etdiyi “AzerGold” istiqrazları 3 illik tədavül müddəti ərzində investorlara 2,400,000 ABŞ dolları məbləğində faiz gəlirləri qazandırıb.