Son Xəbərlər
Bu gün Sumqayıt Tibb Mərkəzində əməkdaşlar üçün vaksinasiya aparılıb.
Sentyabrın 21-dən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov
19-20 sentyabr tarixlərində Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” (ANM)
Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir. Bu barədə
20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Səfəralı Alverdi
Əfqanıstanda “Taliban” hökumətinin Tehrandakı müvəqqəti işlər vəkili
Həm yay, həm də payız və qış aylarında yetişən almanın sağlamlığımıza bir çox
“Türkiyə kiberhücumlara qarşı hazırdır”. Liderxeber.az-ın Türkiyə müxbirinin
banner

Hərbi Prokurorluq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Ağcabədidə tədbir keçirib

13 noy 2023, 11:48
Hərbi Prokurorluq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Ağcabədidə tədbir keçirib

Hərbi Prokurorluq Ağcabədi rayonunda rayon rəhbərliyi və ictimaiyyəti, şəhid ailələri və qazilərlə, eləcə də Müdafiə Nazirliyinin hərbi qulluqçuları birgə tədbir keçirib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən LiderXəbər-ə bildiriblər ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinin və şəhidlər guşəsinin önünə gül dəstələri düzülərək, onların əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin salamları şəxsi heyətə və tədbir iştirakçılarına çatdırılıb.

Mərasimdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Ağdam hərbi prokuroru, ədliyyə polkovniki Surxay Hüseynov, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiya İdarəsinin rəisi, ədliyyə polkovniki Emil Kərimov, Hərbi prokurorun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, polkovnik-leytenant Mehman Ədilov və digər çıxışçılar müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxışçılar, eyni zamanda, xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il müddətdə ölkədə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş müstəsna uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın müdrikliyindən danışıblar.

Tədbirdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi qələbə və uğurlu antiterror tədbirləri xüsusi vurğulanıb, Vətən müharibəsindən, antiterror tədbirlərindən, o dövrlərdə prokurorluğun, həmçinin hərbi prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Müdafiə Nazirliyi ilə, eləcə də aidiyyəti rayonların rəhbərlikləri ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, iftixar dolu günlərin unudulmaz təəssüratları xatırlanıb.

Sonda xidməti vəzifələrini nümunəvi icra edən hərbçilər mükafatlandırılıb, həmçinin hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olunub, onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.

Eləcə də şəhid ailələri və qazilərlə tədbirin təəssüratları bölüşülüb, fikir mübadiləsi aparılıb, onların qayğıları ilə maraqlanılıb, istər dövlət səviyyəsində, istərsə də vətəndaşlarımızın göstərdiyi diqqətə görə minnətdarlıq ifadə olunub.