Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Mikayıl Cabbarov: "Özbəkistandan Azərbaycana yükdaşımaların həcmi 1 milyon tona çatdırılacaq"

02 may 2024, 17:28
Mikayıl Cabbarov: "Özbəkistandan Azərbaycana yükdaşımaların həcmi 1 milyon tona çatdırılacaq"

Özbəkistandan 2024-cü ilin birinci rübündə Azərbaycana avtomobil və dəmir yolu ilə 300 min tondan çox müxtəlif yük daşınıb.

LiderXəbər istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənd İnvestisiya Forumu çərçivəsində deyib.

“Özbəkistandan 2024-cü ilin ilk üç ayında Azərbaycana bütün nəqliyyat növləri ilə 300 mindən çox müxtəlif növ yük daşınıb. Bu rəqəmin ildə 1 milyon tona çatacağı gözlənilir. Nəqliyyat əlaqələri ölkələrimiz arasında ticarətin və əməkdaşlığın inkişafına töhfə verib”, - M.Cabbarov bu gün "Uğura doğru birgə yol: Özbəkistan və Azərbaycan" panel sessiyasında çıxış edərkən deyib.

Nazir Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın nəqliyyat, investisiya, enerji və sənaye əməkdaşlığı kimi əsas istiqamətlərdə fəal inkişaf etdiyini qeyd edib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev isə çıxışında bildirib ki, mayın 21-də Quba şəhərində Azərbaycan və Özbəkistan arasında Regionlararası Forum keçiriləcək.