Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Hərbi Prokurorluq və DTX Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə tədbir keçirdi

05 okt 2023, 17:05
Hərbi Prokurorluq və DTX Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə tədbir keçirdi

Respublika Hərbi Prokurorluğu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə birlikdə Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə tədbir keçirib.

Bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində keçirilən tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.

General-mayor Rövşən Muxtarov tədbiri açıq elan etdikdən sonra mərasimdə çıxış edən baş ədliyyə müşaviri Firad Əliyev, ədliyyə polkovniki Emil Kərimov və ədliyyə müşaviri Samir Əzimzadə əvvəlcə Baş Prokuror Kamran Əliyevin və Hərbi Prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırıb.

Bundan sonra, adları çəkilən şəxslər istiqlal yolumuzu və firavan istiqbalımızı işıqlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxışçılar, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş uğurlardan, bu uğurların əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın əzmkarlığından danışıblar.

Çıxışlarda, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, uğurlu antiterror tədbirlərindən, prokurorluq orqanlarının, o cümlədən Hərbi Prokurorluğun Dövlət Təhlükəsizliyi Xidməti ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib