Son Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belarus
Türkiyədə məşhur müğənni Serdar Ortaç və tanınmış aparıcı Mehmet Ali Erbil də
Bakıda COP29 çərçivəsində FINS Initiative (Dəniz Növlərinin Beynəlxalq
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Serbiya Respublikasının
Yorğunluq özünü daha çox qış ayında büruzə verir. Əksər insanlar fəsil dəyişən
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 12-də
İsrail ilk dəfə olaraq Livanda "Hizbullah" üzvlərinin peycerlərinin
Bakıda keçirilən COP29 iqlim konfransında Cənubi Asiya ölkələrinin “COAST”
Serbiya Prezidenti Aleksandar Vuçiçin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Avropa İttifaqı Şurasının
banner

Şahbaz Balakişiyev: AŞPA-nın qərarına qəti etiraz edirik

27 yan 2024, 23:13
Şahbaz Balakişiyev: AŞPA-nın qərarına qəti etiraz edirik

Bu günlərdə “Avropa Şurası Parlament Assambleyası (AŞPA) deputatları Azərbaycanın qurumdakı nümayəndə heyətinin etimadnaməsini təsdiq etməyib. 

Fuksiyası Avropa Şurasının parlament qolunu yerinə yetirməkdən ibarət olan bu beynəlxalq təşkilat bütün işlərini beynəlxalq hüquq çərçivəsində, ədalətli görməli, insan hüquqlarını, demokratiyanı və qanunun aliliyini müdafiə etməlidir. Təəssüflər olsun ki, xüsusilə son vaxtlar bu məsələlər hüquq və ədalət prinsipləri ilə həll edilmək əvəzinə, əsası olmadan yaranmış problemlər dərinləşdirilir və ikili standarta görə davranılır ki, bunun da Azərbaycana qarşı münasibətlə bağlı kifayət qədər nümunələri vardır. Hətta AŞPA bunu Azərbaycanla bağlı son müzakirəsində də açıq-aydın, hətta həyasızcasına bəlli etdi. 

Son bir neçə ayda Qərbdən Azərbaycana qarşı təzyiq kampaniyasının arxasında duran ermənipərəst Fransa indi öz ətrafına çəkdiyi Almaniya və ABŞ-la birlikdə bu kampaniyanın əsas aparıcılarıdır. AŞPA-nın indiki bu qondarma “qərarı” Azərbaycana qarşı onun inkişafını istəməyənlərin ənənəvi mövqeyi kimi qiymətləndirilməlidir. Əgər Qərb regionda və Azərbaycanla Ermənistan arasında sülh prosesində doğrudan da ədalətli rol oynamaq istəyirdisə, bu zaman o, neytral (tarazlı) mövqe tutmalı və tərəf saxlamamalı idi. 

AŞPA Ermənistanın 30 il ərzində apardığı işğal siyasətini görməzdən gələrək Ermənistan-Azərbaycan münaqişəsi ərzində həmişə ermənilərin tərəfində dayanıb, Ermənistanı müdafiə edərək daim bizə qarşı olub. 1987-ci il deportasiyası zamanı azərbaycanlıların həm Qərbi Azərbaycandan, həm də əsrlərlə yaşadığı doğma yurd yeri olan Qarabağdan - öz ata-baba yurdlarından qovulması zamanı heç bir Avropa dövləti səsini çıxartmadı. O məşəqqətli günlərin canlı şahidi kimi deyə bilərəm ki, bu deportasiyanın arxasında da yenə Qərb və onun əlaltıları dururdu. ATƏT-in qondarma Minsk qrupunu yaratmaqla onlar bu fəlakətin vaxtını uzadaraq, eyni zamanda Azərbaycanı tamamilə məhv etmək istəyi ilə 30 il bu zorakılığa göz yumdular. Özlərinin – BMT-nin verdiyi qətnamələri kağız üzərində saxlamaqla bu zülmün ömrünü uzatdılar. Müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanın haqq səsini eşitmək əvəzinə, qondarma “Dağlıq Qarabağ Respublikasının” çaldığı havalara oynadı, onlara dəstək verdilər. 

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünün bərpası əməliyyatına başladığı dövrədək AŞPA azərbaycanlıların öz yurdlarına qayıtmaları üçün heç bir əməli addımı atmadı. Mənim qənaətimcə, AŞPA Azərbaycana qarşı ona görə qərəzli mövqedədir ki, Azərbaycan dövləti həm Vətən müharibəsində, həm də keçən il keçirdiyi lokal anti-terror tədbirlər sayəsində ərazi bütövlüyünü, suverenliyini tam və əbədi olaraq təmin edib. Görünür ki, bu da onları narahat edir. Amma onlar unudurlar ki, 200 illik əsarətinə son qoyularaq müstəqilliyinə tam nail olan Azərbaycan xalqı bu xoşbəxtliyi onlara bəxş edən Ali Baş Komandan İlham Əliyevin daima yanındadır və 7 fevral seçkisində İlham Əliyevin prezidentliyinə səs verməklə bir daha bunu sübut edəcəkdir. Onlar yanılırlar ki, bu gün Azərbaycan tək deyil. Onun səsinə səs verən Qoşulmama Hərəkatının üzvü olan 121 dövlət, ən əsası isə arxa-dayağımız olan Qardaş Türkiyəmiz var. Bu birliyi yaradan Cənab Prezidentimiz İlham Əliyev, ümidvarıq ki, özünün müdrik və uzaqgörən siyasəti ilə AŞPA-ya da haqq-ədalət yolunu göstərə biləcəkdir.  

Azərbaycana qarşı olan bütün bu qondarma “qərarların” arxasında olan erməni lobbisi də unutmamalıdır ki, onların bir dövlət kimi mövcudluğu, iqtisadiyyatının inkişafı, əhalisinin firavan həyatı ancaq və ancaq qonşu Azərbaycan dövləti ilə mehriban, sülh şəraitində yaşamağından asılıdır.  

Şahbaz Balakişiyev, 

“Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru, 

filologiya üzrə fəlsəfə doktoru,

Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü