Son Xəbərlər
Təcrübədə etibarnamə əsasında avtomobili bir neçə şəxsin idarə etməsi halları
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün növbəti
Bərdə rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Havanın isinməsi ilə kondisionerlərin istifadəsi artır. Lakin isti mühitdən
Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda ABŞ ordusuna məxsus “AH-64
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və

KİV: Avropa Komissiyası Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq üçün müsbət qiymətləndirmə təqdim edib

07 iyn 2024, 15:35
KİV: Avropa Komissiyası Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq üçün müsbət qiymətləndirmə təqdim edib

Avropa Komissiyası Avropa İttifaqına üzv dövlətlərin səfirlərinə Ukrayna və Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq üçün zəruri olan tələblərə əməl etmələrinin müsbət qiymətləndirilməsini təqdim edib.

Liderxeber.az xəbər verir ki, bu barədə “Interfax-Ukraine” agentliyi Daimi Nümayəndələr Komitəsinin (COREPER) iclasının nəticələri ilə tanış olan yüksək səviyyəli diplomata istinadən bildirib.

Diplomatik mənbənin sözlərinə görə, Avropa Komissiyası həm Ukrayna, həm də Moldovanın danışıqlara başlamaq üçün lazım olan bütün addımları tam yerinə yetirdiyini təsdiqləyib.

Eyni zamanda, yüksək səviyyəli diplomat bunun ardınca üzv dövlətlərlə müzakirələrin aparılacağını açıqlayıb. O, həmçinin milli azlıqlar məsələsinin həll olunmadığını əsas gətirərək, Macarıstanın danışıqlara başlamaq qərarına qarşı çıxacağını istisna etməyib.

Moldova mətbuatı isə yazıb ki, danışıqlara başlamaq tövsiyəsinin rəsmi bəyanata daxil edilməsi ilə bağlı yekun qərar gələn çərşənbə günü Aİ-yə üzv ölkələrin səfirləri tərəfindən qəbul ediləcək. İyunun 27-28-də keçiriləcək sammitdə isə Aİ liderləri üzvlük danışıqları ilə bağlı rəsmi qərar verəcəklər.