Son Xəbərlər
Böyük Britaniya Azərbaycanla səmərəli əməkdaşlığa hazırdır. Liderxeber.az
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 11-ci kilometrindən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Lənkəran rayon prokurorunun işinə xitam verilib. Bu barədə Liderxeber.az-a Baş
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan rayonunda
Metronun “28 May” stansiyasında kişi sərnişin stansiya yoluna düşüb. Bu barədə
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili "Ailə dəyərlərinin və
Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrda BMT-nin İqlim Dəyişmələri üzrə
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın
Sumqayıt Tibb Mərkəzinin (STM), Sumqayıt Şəhər İcra Hakimiyyətinin
banner

Əkinçilik İnstitutunun ərazisində COP29 çərçivəsində ağacəkmə aksiyası təşkil edilib

27 may 2024, 16:25
Əkinçilik İnstitutunun ərazisində COP29 çərçivəsində ağacəkmə aksiyası təşkil edilib

Mayın 25 –də Greening.Global layihə rəhbəri Elnur İslamovun təşkilatçılığı ilə Pirşağıda  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi  (KTN) Əkinçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində COP29-la bağlı ağacəkmə aksiyası təşkil edildi. 

Liderxeber.az xəbər verir ki, aksiyada  KTN nazir müavini, COP29 Baku Koordinatoru İlhamə Qədimova, KTN Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev, Greening.Global layihə rəhbəri Elnur İslamov, Ernst & Young (EY) marketinq rəhbəri Nailə Axundova və Sumqayıt Dövlət Universitetinin Kimya mühəndisliyi və Ekologiya kafedrasının müəllimləri: Aybəniz Hüseynova, Ruhəngiz Əmirova həmçinin “Ekoklub”un üzvləri iştirak etdilər.

Aksiyadan öncə  KTN Əkinçilik Elmi- Tədqiqat İnstitutunun Direktoru Faiq Xuduyev, Greening Global- Yaşıl Azərbaycan platformasının rəhbəri Elnur İslamov qonaqlarla görüşdü.

Görüş zamanı Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) töhfə vermək məqsədilə təşkil olunan aksiyanın əhəmiyyətindən söhbət açıldı, ölkəmizin COP29-a ev sahibliyini 2024-cü ilin ən mühüm hadisəsi və yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirildi. Qeyd edildi ki, iqlim dəyişmələri artıq bütün dövlətlər qarşısında qlobal çağırış  kimi dayanır. İqlim dəyişikliyi məsələsində beynəlxalq ictimaiyyət, dünya ölkələrinin üzərinə böyük iş və məsuliyyət düşür. Ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə dövlətimizin siyasətində prioritet təşkil edir və bu istiqamətdə böyük işlər görülür. 

Azərbaycanın neft-qaz hasil edən ölkə olmasına baxmayaraq, "yaşıl enerji"yə keçidə üstünlük verdiyini, iqlim böhranını həll etmək üçün ardıcıl addımlar atıldığı diqqətə çatdırıldı.

Sonra Ernst & Young (EY) marketinq rəhbəri Nailə Axundova çıxış edərək təmsil etdiyi şirkət haqqında məlumat verdi. Bildirdi ki, uğur nümayiş etdirən şəxslərin və şirkətlərin sahibkarlıq nailiyyətlərini tanıyan qlobal bir proqramdır. Bu gün dünyanın 60-dan çox ölkəsinin 145 şəhərində fəaliyyət göstərir. Nailə Axundova EY –in Azərbaycanda fəaliyyət göstərməsinin 30 illik yubileyinin “Yaşıl dünya naminə həmrəylik ili” nə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına təsadüf etməsindən məmnunluğunu bildirdi. Daima bu cür təşəbbüslərə dəstək olmasından da danışdı.

COP29 iqlim dəyişmələri ilə bağlı SDU-nun Startap layihələrinin: "Yağıntı sularının ekoloji və iqtisadi səmərəliliyi",  "Çirkab suların aqrotexniki suvarmada tətbiqi" barədə mentoru Ruhəngiz Əmirova çıxış etdi, layihə ilə bağlı elmi  təkliflər müzakirə edildi və mövzuların ekoloji problemlərin həlli istiqamətində aktual olduğu vurğulandı.

Müzakirələr zamanı Global layihə rəhbəri Elnur İslamov çıxış edərək Greening.Global tərəfindən COP29-la bağlı aqroturizmlərin təşkil olunması ilə bağlı təkliflərini səsləndirdi. Bildirdi ki, tədbirin keçirildiyi ərəfədə təşkil olunacaq aqroturizm kənd turizminin bir növü kimi turistlərin kənd təsərrüfatına cəlb olunması ilə yanaşı,  eləcə də kənd təsərrüfatında iştirakının təmin edilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edəcək.COP29 yeni aqroturizm layihələrinə yol açacaq.

Təklif iclas iştirakçıları tərəfindən bəyənildi, həmçinin onun yaşıl iqtisadiyyat"a böyük təkan verəcəyi vurğulandı.  

Görüşdən sonra iştirakçılar böyük həvəslə  Pirşağıda KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində tarlaqoruyucu meşə zolağı kimi 300 ağac əkdilər.