Son Xəbərlər
Həm yay, həm də payız və qış aylarında yetişən almanın sağlamlığımıza bir çox
“Türkiyə kiberhücumlara qarşı hazırdır”. Liderxeber.az-ın Türkiyə müxbirinin
44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim
Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb Milli Hidrometeorologiya
Ölkəmizin öz suveren hüquqlarının bərpası və ölkə ərazisində təhlükəsizliyin
Azərbaycan Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə
Bu ilin yekununda Çindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı
Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Azərbaycan
banner

Suverenliyimizin təmin olunduğu tarix!

20 sen 2024, 11:34
Suverenliyimizin təmin olunduğu tarix!

Ölkəmizin öz suveren hüquqlarının bərpası və ölkə ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədilə 2023-cü il 19-20 sentyabr tarixlərində reallaşdırdığı antiterror əməliyyatı şanlı tariximizin ən möhtəşəm səhifələrindən biridir.

Bu əməliyyatlar 44 günlük Vətən Müharibəsindən ötən üç il ərzində Ermənistan tərəfindən törədilən təxribatların, qanunsuz silahlanmaların, mina partlayışlarının və sülh çağırışlarına məhəl qoyulmamasının nəticəsi olaraq həyata keçirilmişdir. Azərbaycanın mübarizəsi, həm hüquqi, həm də beynəlxalq humanitar qanunlara uyğun olaraq aparılmış və milli təhlükəsizliyimizi təmin etmək məqsədi daşıyırdı.

Bu əməliyyatlar nəticəsində erməni separatçılarının bölgədəki qeyri-qanuni fəaliyyətlərinə son qoyulmuş və Azərbaycan öz ərazisində suveren hüquqlarını bərpa etmişdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsi Ermənistanın rüsvayçı kapituliyasiyası və rəzil məğlubiyyəti ilə nəticələndi. Ölkənin milli maraqlarını hər zaman ən yüksək səviyyədə qoruyan cənab Prezident Azərbaycan üçün Zəfər tarixi, həmçinin qəhrəmanlıq epopeyasını yazdı, çoxəsrlik tariximizdə itirlmiş torpaqları geri qaytaran ilk rəhbər adı qazandı. Vətən Müharibəsindəki sarsıdıcı, ölümcül məğlubiyyətə baxmayaraq Ermənistanın qisasçı siyasətini davam etdirməsi, razılaşmalara tam şəkildə əməl etməməsi vəziyyəti yenidən gərginləşdirən addımlar idi.

Ermənistanda istehsal olunan minaların Azərbaycan ərazisinə daşınaraq basdırılması bu ölkənin ən böyük səhvlərindən idi. Ölkəmiz müharibədə qalib tərəf olsa belə dəfələrlə Ermənistana sülh çağırışları etdi, lakin bu çağırışlar hər zaman cavabsız qaldı. Azərbaycan tərəfi Ermənistanın sülhə məhəl qoymadığını və terror aktlarının davam etdiyini gördükdə qanuni addım atmağa məcbur oldu. Bir il öncə 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsində qalmış qanunsuz erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı.

Eyni zamanda Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində mülki şəxslər həlak oldu. Qısa zaman kəsiyində baş vermis xain hərəkətlərin, təxribatların qarşısının alınması, Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Azərbaycanın Şanlı, Qalib, peşəkar Azərbaycan ordusu bu əməliyyatlar zamanı yüksək dəqiqlikli silahlar vasitəsi ilə erməni silahlı qüvvələrinin mövqelərini və hərbi obyektlərini məhv etdi. Antiterror əməliyyatlarının gedişində yüzlərlə tank və zirehli texnika sıradan çıxarıldı, həmçinin müasir hava hücumundan müdafiə qurğuları və radioelektron mübarizə vasitələri məhv edildi. Bu uğurlu hərbi tədbirlər nəticəsində erməni separatçıları cəmi 23 saat 43 dəqiqə ərzində ağ bayraq qaldırmağa məcbur oldular. Uğurla həyata keçirilən bu tədbirlər sayəsində dogma Qarabağımızda erməni separatizminə birdəfəlik son qoyuldu. 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən antiterror əməliyyatları beynəlxalq müstəvidə Azərbaycanın gücünün və qüdrətinin təzahürü olmaqla yanaşı regionun lider dövləti olduğunu və ölkəmizin qətiyyətli mövqeyini sübut etdi.


Gülağa İmanov;

Neftçala rayonu, Şəhid atası