Son Xəbərlər
2024-cü il iyunun 7-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) ölkədaxili marşrutlar üzrə hərəkət
AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib. Liderxeber.az milli
Azərbaycanda qəbul imtahanları artıq yekunlaşıb, bir neçə həftədən sonra
Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə
Xalq artisti Ağadadaş Ağayevin atdığı balta ilə yaralanan təmizlikçi qadın,
Türkiyədə yaşayan azərbaycanlı jurnalist Günel Cavadxan vəfat edib.
Ukrayna Rusiyanın sədrliyi ilə keçirilən BMT-nin Təhlükəsizlik Şurasının
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi
Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri
banner

FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

25 may 2024, 11:51
FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

Bu barədə Liderxeber.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində qeyri-sabit hava şəraitinin yaxın günlər ərzində davam edərək ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, bir sıra ərazilərdə güclü külək əsəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd olunanları, habelə intensiv yağışların bəzi dağ çaylarında yarada biləcəyi sel və daşqın təhlükəsini nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi həmin bölgələrdə yaşayan, habelə istirahət edən vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.