Son Xəbərlər
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Milli Qurtuluş
“ İranla s aziş imzalandı. Hamını təbrik edirəm!” Liderxeber.az xəbər verir
ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar

“Final çay” “Füzulidə yay məktəbi” layihəsinə dəstək olub - Fotolar

22 avq 2024, 09:51
“Final çay” “Füzulidə yay məktəbi” layihəsinə dəstək olub - Fotolar

Daim Bakıda və bölgələrdə sosial layihələrə dəstək olan “Final çay” yenə maraqlı bir layihəyənin dəstəkçiləri sırasındadır.

Füzuli şəhərində 15-18 avqust tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Ağdam, Füzuli və Xocavənd üzrə Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçirilən “Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı.

Tədbir günlərində tanınmış mədəniyyət və incəsənət xadimləri ustad dərsləri keçib və iki böyük konsert təşkil olunub.

Uşaqlar "Füzulidə yay məktəbi" layihəsi çərçivəsində bir çox mövzularda həm maariflənib, həm çox əylənib, həm də yeni insanlar tanıyıb.

Bir neçə gün davam edən tədbirdə qonaqları əsrarəngiz dadı və qoxusu ilə əsl Şri Lanka çayı olan “Final” çay müşayiət edib. Xüsusilə “Final çay”ın Çaybulans maşını gələn qonaqları pürrəngi çayla təmin edib.

Qeyd edək ki, 30 ilə yaxındır ki, istehlakçılara təqdim edilən "Final çay" artıq bir klassikaya çevrilib. Müasir texnologiyaların tətbiqi ilə istehsal edilən bu marka yüksək keyfiyyəti ilə hər kəsin sevimlisi olmağa davam edir.