Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Doktorantura və dissertantura səviyyəsində danışıq bloku üzrə imtahan keçiriləcək

27 fev 2024, 13:11
Doktorantura və dissertantura səviyyəsində danışıq bloku üzrə imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi doktorantura və dissertantura səviyyəsində xarici dil fənnindən danışıq bloku üzrə imtahan verəcək şəxslərə müraciət edib.

DİM-dən LiderXəbər-ə verilən xəbərə görə, danışıq bloku üzrə imtahan 4 mart 2024-cü il tarixində keçiriləcək. Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək.

İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər:

İştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iştirakçı imtahana buraxılmayacaq.

İştirakçılar kompüter proqramının “Demo” versiyası ilə aşağıdakı linkdən tanış ola bilərlər:

https://xaricidil.dim-webinar.info/

İştirakçılara danışıq bloku üzrə ümumi məlumat və imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə olunur.