Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

Neftçalada şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilir

21 sen 2024, 19:32
Neftçalada şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilir

Neftçala rayonunda lokal antiteror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların  il mərasimləri keçirilir və məzarları ziyarət olunur.
 
Liderxeber.az xəbər verir ki, Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal antiterror tədbirləri zamanı Neftçala şəhərində anadan olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Sərxan Rabil oğlunun, Xankişiyev Elşən Elşad oğlunun və Xol Qarabucaq kəndində anadan olan Səmədov Camal Vüqar oğlunun il mərasimləri keçirilib, məzarları ziyarət olunub.
 
Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Sərdar Səfərov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, şəhidin hərbiçi yoldaşları, qazilər, din xadimləri və rayon ictimaiyyəti iştirak edib.
 
İlk öncə şəhidlərimiz ailə üzvlərinə baş çəkilib, qayğıları ilə maraqlanılıb, onlar üçün təşkil olunan ehsan süfrəsində iştirak edilib, şəhidlərimizin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub və məzarlarına gül dəstələri düzülüb.
 
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi, rayon ictimaiyyəti adından şəhid hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.