Son Xəbərlər
İlham Heydər oğlu Əliyev. Dünyanı ayağa qaldıran, düşməni diz çökdürən əbədi
İçməli su bir neçə kateqoriyaya bölünür, xüsusiyyətlərinə və saxlama müddətinə
Meyvə yemək xeyirlidir. Lakin çoxları bilmir ki, axşam və ya yatmazdan əvvəl
İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri dekabrın 19-da
Şuşa şəhərinə növbəti köç karvanı Bakıda yola salınıb. Liderxeber.az xəbər
Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
ABŞ-li milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask siyasi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi
Bakıda yerləşən Dreamland kompleksində “Marga” sağlamlıq mərkəzinin möhtəşəm
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan
banner

Əli Əsədov Gürcüstan parlamentinin sədri ilə görüşüb

11 dek 2023, 17:49
Əli Əsədov Gürcüstan parlamentinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 11-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Nazirlər Kabinetindən LiderXəbər verilən xəbərə görə, görüşdə Şalva Papuaşvilinin səfərinin Azərbaycan-Gürcüstan mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.


Prezident İlham Əliyevin və Baş nazir İrakli Qaribaşvilinin səyləri nəticəsində bu gün qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan ilə Gürcüstan arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə edilib, hakim partiyalar arasında çox yaxşı münasibətlərin olduğu vurğulanıb.

Hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birini dəstəklədiyi bildirilib. Parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafında xüsusi rolu təqdir edildi. Hazırda parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğu vurğulanıb.

Qeyd edilib ki, hər iki ölkənin parlament nümayəndələri beynəlxalq parlament təşkilatlarında da sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Ticarət-iqtisadi əməkdaşlığının ənənəvi olaraq yaxşı dinamika nümayiş etdirdiyi bildirilərək Gürcüstanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu diqqətə çatdırılıb.

Qeyd edilib ki, Azərbaycan Gürcüstanın ən böyük xarici investorlarından biridir. Bu baxımdan SOCAR-ın Gürcüstanda uğurlu fəaliyyətinə toxunulub. Tərəflər mövcud geniş potensialdan tam şəkildə istifadə edilərək Azərbaycan-Gürcüstan ticarət-iqtisadi əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar. Bu baxımdan Hökumətlərarası komissiyanın səmərəli platforma kimi rolu yüksək qiymətləndirilib.

Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələrinin Cənubi Qafqazın transformasiyasına töhfə verdiyi və regionun siyasi, iqtisadi, nəqliyyat və enerji xəritəsini dəyişdiyi məmnunluqla qeyd olunub.

Bildirilib ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri bu gün həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi inkişafına əhəmiyyətli töhfə verir. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyətə malikdir.

Bildirilib ki, eyni zamanda gündəlikdə hər iki ölkənin iştirakı ilə yeni layihələr və təşəbbüslər də var. Onlardan biri Gürcüstan və ara dəniz vasitəsilə Azərbaycanın “yaşıl” elektrik enerjisinin Rumıniyaya tədarükünü nəzərdə tutan sualtı kabelin çəkilməsi layihəsidir.
Qeyd edildi ki, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın çox gözəl nəticələri var.

Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi xüsusi vurğulanıb, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta Dəhlizin getdikcə daha da aktuallaşdığı bildirilib. Hazırda Orta Dəhlizin funksionallığının, onun rəqabət qabiliyyətinin artırılması istiqamətində aparılan işlərdən bəhs edilib.

İki ölkə arasında humanitar, xüsusilə mədəni sahədə əməkdaşlığın yüksək inkişaf dinamikası təqdir edilib. Oktyabrda Gürcüstan paytaxtında təməli qoyulan Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının Azərbaycan-Gürcüstan mehriban qonşuluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verəcəyinə əminlik ifadə olunub.

Eyni zamanda Azərbaycanda yaşayan gürcülərin və Gürcüstanda yaşayan azərbaycanlıların ikitərəfli əlaqələrin inkişafındakı rolu xüsusi vurğulanıb.

Görüşdə həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.