Son Xəbərlər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Silahlı
Portuqaliya millisi güclü fırtına səbəbindən dünya çempionatının qrup
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən
Sabah havanın 32 dərəcə isti olacağı gözlənilir. Liderxeber.az xəbər verir ki,
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Bakı Dövlət Kamera
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. Liderxeber.az xəbər verir

21 sentyabr Beynəlxalq Sülh günüdür

21 sen 2024, 12:10
21 sentyabr Beynəlxalq Sülh günüdür

Bu gün dünyada Beynəlxalq Sülh günü kimi qeyd edilir.

Artıq 25 ildir davam edən bu ənənə ilk dəfə 1981-ci ildə BMT tərəfindən təsis edilib.

Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib. 1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində "Peace one day"i yaradıb. Onun əsas cəhd etdiyi o idi ki, heç olmasa ildə bircə gün bütün dünyada insan zorakılığının baş verməsinin qarşısını alsın, atəşkəs olsun.

21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir.

Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən "Sülh Zəngi"nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində "Yaşasın Mütləq Dünya Sülhü" sözləri yazılıb.

Elə 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin "Sülh Zəngi"ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırıb.

BMT bu gün münasibətlə üzv ölkələrə müraciət edib.

Müraciətdə deyilir: "Bu il Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən Sülh Mədəniyyəti üzrə Bəyannamə və Fəaliyyət Proqramının qəbul edilməsinin 25-ci ildönümüdür.

Həmin sənəddə Birləşmiş Millətlər Təşkilatının ən səlahiyyətli orqanı etiraf edib ki, sülh, mahiyyət etibarilə müharibələrin qarşısının alınması ilə yanaşı, həm də dialoqun təşviq edildiyi və münaqişələrin qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda həll olunduğu müsbət, dinamik bir prosesdir".

BMT qeyd edib ki, artan geosiyasi gərginliyin və həlli uzanan münaqişələrin olduğu bir dünyada BMT Baş Assambleyasının 1999-cu ildə sülh mədəniyyəti üçün təsbit etdiyi dəyərləri yenidən müəyyən etməyin əsl vaxtıdır.

Bunlara aşağıdakılar daxildir: həyata, insan hüquqlarına və əsas azadlıqlara hörmət; təhsil, dialoq və əməkdaşlıq vasitəsilə qeyri-zorakılığın təşviqi; münaqişələrin sülh yolu ilə həlli; cəmiyyətin bütün səviyyələrində və millətlər arasında azadlıq, ədalət, demokratiya, tolerantlıq, həmrəylik, əməkdaşlıq, plüralizm, mədəni müxtəliflik, dialoq və anlaşmaya sadiqlik.

Baş Assambleya sonrakı qətnamələrində də qarşıdurma əvəzinə danışıqların seçilməsinin və bir-birinə qarşı deyil, birgə fəaliyyətin vacibliyini dəfələrlə etiraf edib.