Son Xəbərlər
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp cinayət işləri üzrə şəxsi vəkili
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə
Prezident İlham Əliyev "Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının
Bu gün Azərbaycan və Türkiyə arasında turizm sahəsində əməkdaşlığı
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri
Bu gün gecəyarısı keçiriləcək döyüşdə Ceyk Pol Mayk Taysonla qarşılaşacaq.
Qazaxıstan COP29 çərçivəsində ümumi dəyəri 3,7 milyard ABŞ dolları olan yeni
Taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması,
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Malayziya kapitallı
Münaqişələrin yan təsirləri qlobal iqlim problemlərini daha da dərinləşdirir.
banner

Azərbaycan səfiri etimadnaməsini Oman Sultanına təqdim edib

15 noy 2024, 08:46
Azərbaycan səfiri etimadnaməsini Oman Sultanına təqdim edib

Azərbaycanın Oman Sultanlığına yeni təyin olunmuş səfiri Rəşad İsmayılov etimadnaməsini Oman Sultanı Haitham bin Tariq Al Saidə təqdim edib.

Liderxeber.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında bildirilib.

Oman Sultanı səfiri təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. O, ölkələrimiz arasında beynəlxalq təşkilatlarda uğurla həyata keçirilən qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirib.

O, ikitərəfli əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edərək Azərbaycan və Oman arasında istər ikitərəfli, istərsə də çoxtərəfli formatda, xüsusilə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müsbət əməkdaşlığın davam etdirilməsi, bununla yanaşı, iqtisadi, enerji, təhsil, turizm və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib”, – səfirliyin mətbuat xidməti qeyd edib.

Sultan Bakı şəhərində keçirilən COP29-un qlobal iqlim problemlərinin həllinə öz töhfəsini verəcəyini qeyd edərək bu çətin və məsuliyyətli ev sahibliyində Azərbaycana uğurlar arzulayıb.

“Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən səfir iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, iyunda Azərbaycan Prezidenti Omana yeni səfir təyin etmişdi.