Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

ITF-in baş katibi: "Orta Dəhliz Avropadan Asiyaya standart marşrutlara sərfəli alternativdir"

20 noy 2024, 17:46
ITF-in baş katibi: "Orta Dəhliz Avropadan Asiyaya standart marşrutlara sərfəli alternativdir"

Orta Dəhliz Avropadan Asiyaya standart marşrutlara sərfəli alternativdir.

Bu barədə Liderxeber.az-a açıqlamasında Beynəlxalq Nəqliyyat Forumunun (ITF) baş katibi Kim Yanq Tae bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz Asiya və Avropanı birləşdirən ən real variantlardan biridir.

"Azərbaycan, Türkiyə və Qara dəniz hövzəsi ölkələri həqiqətən bu dəhlizin inkişafına diqqət yetirir. Bu barədə müzakirələr indi çox aktualdır, çünki ənənəvi marşrutlarda çoxlu sayda qeyri-müəyyənliklərlə üzləşirik", - baş katib qeyd edib.

Qeyd edək ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropa ölkələrinə qədər uzanır. 2023-cü ildə bu marşrutla 2,7 milyon ton yük (2022-ci ilə nisbətən 86 % çox) daşınıb, 2024-cü ildə yük axını 4 milyon tonu ötə bilər.