Son Xəbərlər
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov
Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti
DÇ-2026-nın qrup mərhələsi çərçivəsində baş tutacaq Argentina - Əlcəzair
Fransada keçirilən G7 (Böyük Yeddilik) sammiti çərçivəsində Ukrayna Prezidenti
Dünya şöhrətli idman xadimi, "Şöhrət" ordenli, Əməkdar bədən
İran İsrailin Livana vuracağı hər hansı yeni zərbəni Vaşinqton ilə Tehran
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup
İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına seçkilərin 2026-cı il

Almaniya XİN başçısı: İqlim maliyyəsi ilə bağlı Avropa İttifaqı ilə Çin arasında danışıqlar aparılır, razılaşmaya az qalıb

21 noy 2024, 17:22
Almaniya XİN başçısı: İqlim maliyyəsi ilə bağlı Avropa İttifaqı ilə Çin arasında danışıqlar aparılır, razılaşmaya az qalıb

"Yeni kollektiv kəmiyyət hədəfi üzrə danışıqlar davam etdirilməlidir".

Liderxeber.az-ın xəbərinə görə, bunu bu gün COP29 çərçivəsində Bakıda keçirilən mətbuat konfransında Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok bildirib.

O deyib ki, İtki və Zərərlərə Cavab Verən Fondun maliyyə təminatı üzrə məsuliyyətlərini başa düşür və qəbul edirlər:

“Lakin digər ölkələr də bu məsuliyyəti bölüşməlidir. Bunun üçün isə onlar qlobal səviyyədə qəbul olunan mitiqasiya tədbirlərinin tərkib hissəsi olmalıdır. Burada digər ölkələrlə bərabər Çin də mühüm rol oynamalı və aktiv iştirak etməlidir. İqlim maliyyəsi üzrə aparılan danışıqların təfərrüatları barədə heç nə deyə bilməyəcəm. Böyük sözlər vermək istəmirəm. Bu pulu kim ödəməyə gəlincə, burada fikirlər müxtəlifdir. Bəzi ölkələr niyə maliyyələşmənin öz üzərinə düşən hissəsini təmin etmək istəmir? Hazırda həm Avropa İttifaqı ilə Çin, həm də digər ölkələr arasında intensiv danışıqlar aparılır. Yekun razılaşmanın əldə edilməsinə bir neçə saat, hətta çox az bir zaman qalıb. Ona görə də tərəflər həm bu istiqamətdə səyləri, həm də danışıqları intensivləşdirməlidir".