Son Xəbərlər
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş
İyunun 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
Hər il iyunun 20-də dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd olunur. Bu
Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Amerikalı diyetoloq Daniel Hendriks nahara qədər aclıq hiss etməməyə imkan
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ nümayəndə heyəti ilə danışıqlar
Düzgün olmayan qidalanma dünyada yetkin insanlar arasında təxminən hər beş
İranın Ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri və İnqilab Keşikçiləri
Bu gün və sabah dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər

Nüvə danışıqları bərpa edilir

21 iyl 2025, 10:00
Nüvə danışıqları bərpa edilir

İran, Böyük Britaniya, Fransa və Almaniya nüvə danışıqlarını bərpa etmək barədə razılığa gəliblər.

Liderxeber.az xəbər verir ki, bununla bağlı “Tasnim” agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, danışıqların növbəti raundu İran, Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirinin müavinləri səviyyəsində keçiriləcək.

Qeyd olunub ki, Tehran və Avropa üçlüyü İranın nüvə proqramı ilə bağlı danışıqların bərpası məsələsində prinsipial razılığa gəlsələr də, danışıqların vaxtı və keçirilmə yeri hələ dəqiqləşməyib.

Növbəti danışıqlara hansı ölkənin ev sahibliyi edəcəyi ilə bağlı qərar hələ verilməyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ, Fransa, Almaniya və Böyük Britaniya İranla nüvə sazişinin əldə olunması üçün son tarix kimi avqustun axırını təyin etmək qərarına gəlmişdilər.